Xəbər lenti
Rusiyanın gizli məqsədi: “Sülhməramlıların bu addımı düşündürücüdür”
“Azərbaycan ərazisi olan Xankəndidə yerləşən Rusiya sülhməramlıları özünü Ermənistan Müdafiə Nazirliyinin alt qurumu kimi aparır. Gah humanitar aksiya təşkil edir, gah erməniləri kontingentin yerləşdiyi ərazilərdə kilsələrə daşıyırlar”.
Manevr.az xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru siyasi ekspert Rəfail Becanov deyib.
Onun sözlərinə görə, sülhməramlıların səlahiyyətlərindən kənar fəaliyyətləri onların təkcə ermənilərə xüsusi simpatiya ilə yanaşması təəssüratını yaratmır, həm də gizli məqsədlərindən xəbər verir:
“Bizim cəmiyyətdə sülhməramlıların fəaliyyətinə, davranışına və onların ədalətli olmasına onsuz da inam azdır. Fəaliyyətləri ilə isə o azacıq inamımızı da yerlə yeksan edirlər. Təəssüf ki, belə əməlləri tez-tez təkrar olunur. Növbəti dəfə də belə bir fəaliyyət sərgilədilər. Sülhmərmalıların yeni təyin olunan komandanı general-leytenant Gennadi Anaşkin da ilk səfərini Ermənistana etdi və müdafiə naziri Arşak Karapetyanla görüşdü.
Bundan əvvəl isə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovu iki həftəlik əvəz edən Kosobokov da Anaşkin kimi birinci səfərini İrəvana etmişdi.
Niyə sülhməramlıların komandanı birinci Ermənistana getməlidir ki? Sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşdiyinə görə yeni komandan ən azı tanışlıq və etiket xatirinə birinci Bakıya gəlməliydi. Onlar fəaliyyətlərini Azərbaycan ərazisində həyata keçirirlər. Deməli, birinci Bakıya gəlmək və fəaliyyətlərii ilə bağlı rəsmi məlumat verəndən sonra vəzifələrinin icrasına başlamalıdırlar. Amma Anaşkin də sələfi kimi bunu etmədi. Bu addımı ən yumşaq şəkildə sayğısızlıq adlandırmaq olar”.
Rəfail Becanov qeyd edib ki, digər maraqlı məqam isə Rusiyanın sülhməramlılara təyin etdiyi komandanların kimliyi ilə bağldır:
“Rusiya sülhməramlılara ancaq separatçılıq təcrübəsi olanları komandan təyin edir. Muradovu əvəz edən Kosobokov Abxaziyada xidmət edirdi. Yeni komandan Gennadi Anaşkinin də belə bir təcrübəsi var. O, əvvəllər Cənubi Osetiyada xidmət keçib. Yəni separatçılığa dəstək verib və Gürcüstan ərazilərinin işğalında iştirak edib. Rusiyanın bu addımı çox düşündürücüdür”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar