Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: “Prezidentin “vaksin millətçiliyi”nə qarşı kəskin mövqeyini dünya ölkələri təqdir edir”

Tarix: 24-09-2021 15:30     Baxış: 3328 A- / A+
Deputat: “Prezidentin “vaksin millətçiliyi”nə qarşı kəskin mövqeyini dünya ölkələri təqdir edir”

Azərbaycan Prezientinin BMT Baş Assambleyasındakı çıxışı, həm koronavirusa qarşı mübarizədə ölkəmizin gördüyü işlərin dünya ictimaiyyətinə çatdırılması, həm də beynəlxalq aləmin bu pandemiya qarşı mübarizədə beynəlxalq səfərbərliyinin yaradılması baxımından diqqətə layiq idi.

Manevr.az xəbər verir ki, bunu "ölkə.az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Prezident çıxışında dünya birliyinə koronavirusla mübarizədə Azərbaycanın qazandığı uğurlar və vaksinasiya prosesinin sürətlə həyata keçirilməsini diqqətə çatdırdı. “Cənab Prezident bildirdi ki, Azərbaycanda təkcə koronavirusa qarşı deyil, pandemiyanın cəmiyyətə , iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması baxımından kompleks addımlar ataraq, bu məqsədə 2,7 mlrd dollar vəsait ayrıldığını sessiya iştirakçılarının diqqətinə çatdırdı”- deputat qeyd edib.

O əlavə edib ki, Azərbaycan pandemiya dövründə koronavorusa qarşı mübarizədə fəaliyyətini ölkə daxili ilə bitirməyərək, daha effektiv mübarizəni təmin etmək üçün aktiv formada beynəlxalq müstəvidə fəaliyyət göstərib: “Bu məqsədlə Türk Şurasının, Qoşulmama Hərəkatının, BMT-nin xüsusi sessiyasnın keçirilməsinə nail olmaqla yanaşı, ÜST-ə 10 mln dollar və daha 30 ölkəyə birbaşa yardım edib. 4 ölkəyə isə 150 min dozada vaksin göndərib”.

Deputat onu da əlavə edib ki, ən diqqət çəkən məqamlardan biri də vaksin ədalətsiliyi və “vaksin millətçiliyi”nə qarşı kəskin mövqe sərgiləməsi olub. Cənab Prezident “vaksin millətçiliyi” tendensiaysının aradan qaldırıb, bu məsələdə ədalətin bərqərar olmasının təmin edilməsi barədə təklifi təqdir olunur. Cənab Prezidentin bu qətiyyətli mövqeyini dünya ölkələri alqışlayır. Bu bir daha Azərbaycan Prezidentinin qlobal problemlərə olan münasibətinin göstəricisi kimi qiymətləndirilir. Çünki bu gün mövcud vaksin dozalarının 75 faizi 10 inkişaf etmiş ölkə tərəfindən əldə edilib ki, bu həm də bütüm ölkələrin vaksin əlçatanlığının olmamasının göstəricidir. Cəmi 2 faiz vaksin inkişaf etməmiş və az inkişafda etməkdə olan ölkələrin payında düşür ki, bu da çox qorxunc rəqəmdir. Azərbaycan Prezidenti bu məsələdə bərabərliyin təmin olunmasının tərəfdarıdır.

Digər tərəfdən isə Azərbaycanın pandemiya və postpandemiya dövrü ilə bağlı konkret təkliflər səsləndirib ki, bu da dünya ictinmaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir. Azərbaycanın bu addımı beynəlxalq aləm və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar