Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik etdi

Tarix: 22-09-2021 16:06     Baxış: 3144 A- / A+
İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Manevr.az
-ın məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Respublikası dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə dostluq və qarşılıqlı etimad ənənələrinə söykənən münasibətlərinə xüsusi əhəmiyyət verir. Müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətimiz yüksək səviyyəli münasibətlərimizi səciyyələndirən xüsusiyyətlərdəndir.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Səudiyyə Ərəbistanının verdiyi dəstəyi və ədalətli mövqeyini xalqımız daim yüksək qiymətləndirir.

Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər vardır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq prosesində qardaş ölkənizi təmsil edən şirkətlərin iştirakı iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verə bilər.

Əminəm ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar