Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin deputatları Rusiya Dumasına seçkiləri müşahidə ediblər

Tarix: 19-09-2021 22:40     Baxış: 3234 A- / A+
Milli Məclisin deputatları Rusiya Dumasına seçkiləri müşahidə ediblər
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 17-19-da Rusiya Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

Azərbaycan müşahidəçi missiyasının tərkibində Moskvada səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.

“Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçiriblər. Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində tətbiq edilmişdi. Bundan əlavə, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”, - deyə N.Səfərov qeyd edib.

Deputat xatırladıb ki, Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəy yalnız səsvermə bitəndən sonra təqdim edilə bilər.

N.Səfərov deyib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanunamüvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”. azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar