Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Rusiya dron istehsalını gücləndirəcək, Ermənistan ordusunu təhciz edəcək”

Tarix: 18-09-2021 19:36     Baxış: 3192 A- / A+
“Rusiya dron istehsalını gücləndirəcək, Ermənistan ordusunu təhciz edəcək”

“Ermənistanın baş naziri Nikol Paşiyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədəki sammitində çıxış edərkən üzv ölkələrə birgə hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalını təklif edib. Təşkilatda sədrlik Ermənistana keçib və Paşinyan özlüyündə yeni ideyalar ortaya atmağa çalışır. Bunlardan biri də “birgə dron istehsalıdır”. Məlumdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdən yalnız Rusiya pilotsuz uçuş aparatı istehsal edir. Rusiya istehsal etdiyi “Orion” pilotsuz uçuş aparatlarının texnologiyasını heç kimlə, hətta müttəfiqləri ilə bölüşməyi planlaşdırmır. Hərbi ekspertlər “Orion” haqqında yüksək fikirdə deyillər”.

Manevr.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Rusiya açıq-aşkar pilotsuz uçuş aparatlarının istehsalında və satışında Türkiyədən geri qalır: “Əslində bu amil Rusiyanın imicinə zərbədir. Çünki Rusiya hərbi texnika istehsalına görə dünya liderləri arasındadır, ancaq müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatları istehsal etmək ağıllarına gəlməyib, zamanlarını, pullarını və enerjilərini Amerika ilə yarışda uzaq və orta mənzilli raket istehsalına xərcləyiblər. Halbuki, Türkiyənin “Bayraqdar”ları Rusiyanın Ermənistana ötürdüyü bahalı tankları yerlə-yeksan etdi. Buna baxmayaraq, İrəvan ümid edir ki, Rusiya dron istehsalını gücləndirəcək və pilotsuz uçuş aparatları ilə Ermənistan ordusunu da təhciz edəcək. Bu, istisna deyil. Əgər Rusiya beynəlxalq anlaşmalara zidd olaraq Ermənistanı “İsgəndər” raketləriylə təhciz etdisə, pilotsuz uçuş aparatları da ötürə bilər. Ancaq ona qədər Türkiyə bu sahədə daha çox irəli gedəcək və yeni silahları Azərbaycanla da paylaşacaq”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar