Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Laçın dəhlizi 11 aydır işləyir, Azərbaycan buna uzun müddət birtərəfli yanaşma sərgiləyə bilməz” - Deputat

Tarix: 18-09-2021 16:02     Baxış: 3147 A- / A+
“Laçın dəhlizi 11 aydır işləyir, Azərbaycan buna uzun müddət birtərəfli yanaşma sərgiləyə bilməz” - Deputat

2020-ci ilin 10 noyabr razılaşmasında əksini tapmış məsələlərin icra vəziyyəti bu gün gündəmdədir. Çünki həmin sənədin 6-cı bəndinə əsasən Laçın dəhlizi 11 aydır işləyir. Amma razılaşmanın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi hələ də açılmayıb. Bu dəhlizin işə düşməsi üçün erməni tərəfi heç bir addım atmır. Məhz bu o şəraiti diktə edir ki, razılaşmanın digər bəndləri də qüvvədən düşsün.

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, hər iki dəhlizin fəaliyyətə başlaması eyni dövrdə həyata keçirilməli idi: “Sözsüz ki, 10 illərdir işləməyən bir kommunikasiya xəttinin bərpası müəyyən dövr alsa belə ən azından bu istiqamətdə işlərin icrası həyata keçirilə bilərdi. Amma görünür erməni tərəfi hələ də özünün çirkin niyyətinə uyğun Zəngəzur dəhlizinin işə düşməsinə müxtəlif yollarla mane olmağa çalışır”.

Millət vəkili hesab edir ki, Azərbaycan tərəfi humanitar qaydada razı olduğu Laçın dəhlizi ilə bağlı məsələyə də uzun müddət birtərəfli yanaşma sərgiləyə bilməz: “Çünki bu iki dəhlizin işləməsi regionda kommunikasiyaların bərpasına xidmət edir. Bunun birini qapalı saxlamaq və prosesi uzatmaq mümkün deyil. Azərbaycan bununla bağlı özünün qəti mövqeyini ortaya qoyacaq. Bu gün Gorus-Qafan yolundakı Azərbaycanın tətbiq etdiyi inzibati tədbirlər bəlli proseslər üçün bir başlanğıc və mesaj olmalıdır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar