Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB - İran susur, Türkiyə isə...

Tarix: 18-09-2021 13:37     Baxış: 3187 A- / A+
Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB - İran susur, Türkiyə isə...

"Türkiyə və Azərbaycanın Xəzərdə hərbi təlimlər keçməsindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qiymətləndirmək çətin məsələdir”.

Manevr.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiləri ilə Bakı Dəniz Limanında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri tərəfindən qarşılanıb:

"Rusiya Hərbi Dəniz Qüvvələrinin belə tələsik şəkildə Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyənin Xəzərə daxil olmasından artıq narahatdır. Ona görə də Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən sonra Bakıya səfər etməsi quruda olduğu kimi, dənizdə də Türkiyə qorxusunun olduğunu nümayiş etdirmiş oldu.
Burada diqqəti cəlb edən digər məsələ İrandır. İran Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən narahat olduğunu bildirsə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya səfəri məsələsində susqunluğunu qoruyur. Görünən odur ki, İran üçün də ən qorxulusu Türkiyənin Xəzərdə olmasıdır”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar