Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Köçəryan Moskvaya çağırıldı: Kreml Paşinyana hansı mesajı verir?

Tarix: 11-09-2021 16:46     Baxış: 3166 A- / A+
Köçəryan Moskvaya çağırıldı: Kreml Paşinyana hansı mesajı verir?

"Robert Köçəryanın Vahid Rusiya Partiyasının dəvəti ilə Moskvaya çağırılması təsadüfi deyil. Köçəryanın Moskvaya dəvət edilməsi Kremlin Paşinyana verdiyi açıq mesajdır”.

Manevr.az xəbər verir ki, bunu sfera -a açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın hakim Vahid Rusiya Partiyasının dəvəti ilə növbəti həftəsonu Moskvaya getməsini şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, Paşinyanın qərbmeyilli siyasətindən əl çəkməməsi Rusiyanı daha adekvat addımlar atmağa vadar edir:

"Vahid Rusiya Partiyası üçün Köçəryanın fəaliyyəti sıfıra bərabər idi. Onun seçkilərdə məğlub olması Kreml nəzdində prestijini də azaltmışdı. Lakin bununla belə Paşinyanın qərb meyilli siyasət yürütməsi Moskvanı narahat edir. Düşünürəm, Köçəryanın Moskvaya dəvət edilməsinin səbəbi də məhz budur. Köçəryanın Moskvaya dəvət edilməsi Paşinyanı narahat edəcək. Kremlin istədiyi də məhz budur. Faktiki olaraq, Kreml Köçəryan üzərindən Paşinyana açıq mesaj verir. Yəni, əlimizdə sənə alternativ bir Köçəryan hər zaman var”.

Politoloq bildirib ki, Robert Köçəryanın bu gün Rusiyada yaşayan ermənilər arasında da kifayət qədər nüfuzu var və Vahid Rusiya Partiyası qarşıdan gələn seçkilərdə ermənilərin dəstəyini almaq üçün Köçəryanın nüfuzundan istifadə etmək niyyətindədir:

"Köçəryan uzun illər Rusiyada yaşayıb. Onun Rusiyadakı media və bir sıra şirkətlərlə vacib bağlantıları var. Digər tərəfdən, Köçəryanın Rusiya hakimiyyəti, xüsusilə də daxili xidmət orqanları ilə sıx əlaqələri var. Vahid Rusiya Partiyası Köçəryanın Rusiya erməniləri arasındakı nüfuzunu yaxş bilir. Bu səbəbdən onu Rusiyaya dəvət edərək qarşıdan Rusiya parlament seçkilərində erməni əsilli Rusiya vətəndaşlarının dəstəyini qazanmağa çalışır.

R.Köçəryanın Moskvada hakim partiya rəhbərliyi ilə görüşündə "Ermənistan” bloku ilə "Vahid Rusiya” fraksiyasının əməkdaşlığının genişlənməsi müzakirə ediləcəyi qeyd edilib. Ehtimal ki, fraksiyalar arasındakı əməkdaşlıq məhz qarşıdan gələn seçkilərlə əlaqədardır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar