Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“İranın Azərbaycan ərazisindən ermənilərə yardım etməsi cinayətdir” - Deputat

Tarix: 11-09-2021 16:27     Baxış: 3167 A- / A+
“İranın Azərbaycan ərazisindən ermənilərə yardım etməsi cinayətdir” - Deputat

"İran Azərbaycanın daxilində seperatizmi dəstəkləyən fəaliyyət göstərir. Müsəlman ölkəsi olmasına baxmayaraq, Ermənistana dəstək verməsinin səbəbi odur ki, İran, ümumiyyətlə, normal qonşuluq əlaqələrinə əhəmiyyət vermir. Eyni zamanda, ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin rəğbətini qazanmaq istəyir. Ona görə də, cilddən cildə girirlər. Bu, İranın Azərbaycanın daxili işlərinə qarışması deməkdir".
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, İranın Qarabağa, ermənilərə yük maşınları ilə yardım göstərməsi ilə bağlı Azərbaycan tərəfi nota göndərməli və məsələni təcili olaraq ictimailəşdirməlidir: “Beynəlxalq təşkilatlarda bu məsələlər gündəmə gətirilməlidir. Ümumiyyətlə, İrana bildirmək lazımdır ki, əgər Azərbaycanla normal qonşuluq münasibətlərinə davam etmək istəyirsə, atdığı addımlarda diqqətli və məsuliyyətli olmalıdır. Nəzərə almaq lazımdır ki, burada söhbət hansısa kiçik İran şirkətindən yox, dövlətin mövqeyindən gedir. Əlbəttə ki, İran Ermənistanla əlaqə saxlaya bilər, amma Azərbaycan ərazisindən ermənilərə yardım etmək cinayətdir. Mütləq Azərbaycan bu məsələnin həlli üçün bütün güclərini səfər etməlidir".

F.Mustafa vurğulayıb ki, bütün bunların fonunda Azərbaycan İrana qarşı hər zaman normal qonşuluq siyasəti yürüdür və onlara qarşı hansısa koalisiyaya qoşulmur: "İranın davranışı dövlətimizin əleyhinədir. İstənilən halda, Azərbaycanın suverenliyindən söhbət gedirsə, kim olursa-olsun cavab verəcəyik. Bu, xoşniyyətli addım deyil. Təəssüf ki, Azərbaycanda da İranın bu mövqeyini müəyyən qədər təbliğ edən danabaşlar var. Vətəninə, dövlətinə qarşı atılan belə addımları dəstəkləyənlərin fəaliyyəti anormaldır. Onu da qeyd edim ki, bizim indi əsas dostlarımız həm də bizə Vətən müharibəsində dəstək verən dövlətlərdir. Misal üçün, Türkiyə, Pakistan, İsrail. İran və onun mövqeyini müdafiə edənlərin isə bu, xoşuna gəlmir. Deyirlər ki, niyə biz kiminsə dəstəyi ilə Qarabağı azad etməli idik?! Siz də müsəlmansız da, bəs siz niyə dəstək olmadınız?! Yox, əgər müsəlman deyilsizsə, etiraf edin, deyin ki, biz əslində erməniyik, Ermənistanı sevirik. Hesab edirəm ki, bu məsələnin aydınlığa qovuşması üçün Azərbaycanda gündəmdə saxlanılmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar