Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - AÇIQLAMA

Tarix: 11-09-2021 12:03     Baxış: 4214 A- / A+
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - AÇIQLAMA

"Son zamanlar məqsədli şəkildə yalnış bir fikir yayılır ki, sülhməramlıların bölgədən çıxması üçün Ermənistan da razılıq verməlidir".

Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili 10 noyabr Bəyanatının 4-cü maddəsini xatırladıb:

"Orada açıq mətnlə yazılıb ki, kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri xitam istəyi ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni, tərəflərdən biri kimi Azərbaycanın xitam niyyəti kafidir.

İkincisi, sülhməramlılar Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşib və Ermənistanın bizim ərazilərimiz daxilində hər hansı proseslə bağlı söz hüququ ola bilməz. Bu mənada "tərəflər" ifadəsi Ermənistanı yox, Rusiya və Azərbaycanı ehtiva edir”.

B.Məhərrəmovun sözlərinə görə, necə ki, ərazi sahibi kimi bizim sülhməramlıları 5 ilin tamamında çıxarmaq hüququmuz var, eləcə də Rusiyanın da burada daha 5 il qalmamaq, yəni müddət bitən kimi çıxmaq hüququ var:

"Yəni, istənilən halda sülhməramlıların bölgədə mövcudluğu müvəqqətidir. Nə qədər gec deyil, kontingentin yeni komandanlığı da, Rusiyanın bəzi dairələri də bunu anlamalıdır. Əks halda rəsmi Moskva bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə itirə bilər”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar