Xəbər lenti
Paşinyanı gözləyən "oktyabr sınağı" - Ermənistanla sülh müqaviləsi nə zaman bağlanacaq?
Erməni müxalifətinin oktyabrın 1-dən etibarən kütləvi aksiyalara başlayacağı deyilir. Qeyd edilir ki, buna səbəb hakim partiya əleyhdarlarının Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşma bəyanatlarından narahat olmalarıdır.
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, kütləvi aksiyalar gözlənilən idi:
"Ermənistan müxalifətinin parlament seçkilərindəki uğursuzluqlarından sonra onlar Paşinyan hökumətinin ömrünün çox uzun olmayacağını proqnozlaşdırır və tezliklə yenidən növbədənkənar seçkilərə ehtiyac yaranacağını söyləyirdilər. Təbii ki, bu məğlubiyyətdən yaranan reaksiya idi və Robert Köçəryanın, Serj Sarqsyanın başında durduqları müxalif qüvvələr bununla öz tərəfdarlarını sakitləşdirməyə çalışırdılar.
Artıq seçkidən müəyyən müddət keçib, yeni qurulan hakimiyyət formalaşıb və fəaliyyətə başlayıb. Köçəryanın Paşinyan hökumətinə verdiyi müddətin - yəni 1 il yarımın bitməsinə çox az qalıb. Paşinyan hökuməti isə hər keçən gün həm daxildə, həm də beynəlxalq arenada addım-addım mövqelərini möhkəmləndirməkdə davam edir. Baş Nazirin siyasi-iqtisadi sahədə daha uğurlu addımlar atması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi zəruridir. Bu zərurəti dərindən dərk edən yeni hökumət elə ilk gündən bu istiqamətdə bəyanatlar verməyə başlayıb. Paşinyan da daxil olmaqla, Ermənistan hökumətinin ən yüksək səviyyəli məmurları, Türkiyə ilə münasibətlərin yaradılması, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyi, sülh müqaviləsinə hazır olmaları haqqında bəyanatlar verirlər. Onların münasibətdə olduğu digər dövlətlər də Paşinyana bu istiqamətdə addımlar atmağa təzyiq göstərirlər”.
Müsahibimiz qeyd edib ki, Ermənistan iqtidarı indi Azərbaycan və Türkiyə ilə yaxınlaşmanı zərurətdən doğan siyasət kimi başa düşür və bunu erməni xalqına izah etməyə çalışırlar:
"Onlar bu addımları məhz erməni xalqının rifahı naminə atdıqlarını bəyan edirlər. Müxalifət isə öz növbəsində Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın ermənilər üçün yeni faciələr gətirəcəyini elan edir və iqtidarın atdığı addımların fonunda xalqı ayağa qaldırmaq istəyirlər. Bunun üçün onlar oktyabr ayının birindən mitinqlərə başlamaq haqqında artıq məlumat veriblər. Amma onların arxasınca gedənlərin sayının ötən mitinqlərdən daha az olacağı proqnozlaşdırılır.
Çünki, sadə insanlar Köçaryan-Sarqsyan tandeminə artıq etibar etmədiyini növbədənkənar seçkilər zamanı sübut etdilər. Ona görə oktyabrda başlanacaq nümayişlərdə iqtidara qarşı ciddi müxalif qüvvənin dayanacağı ağlabatan görünmür. Paşinyan Türkiyə və Azərbaycanın şərtləri daxilində delimitasiya və demarkasiyanı həyata keçirməyə, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh müqaviləsi bağlamağa hazır olacaqsa, onu daxildə heç bir qüvvə saxlaya bilməyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar