Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır” – Paşinyanın son açıqlaması buna hesablanıb?

Tarix: 09-09-2021 15:12     Baxış: 4136 A- / A+
“Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır”

"Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq istəyən Paşinyan anlayır ki, Bakı və Ankara ilə münasibətləri normallaşdırmadan bu istəyini reallaşdıra bilməyəcək. Odur ki, münasibətləri yaxşılaşdırmaq niyyətini ortaya qoymağa məcbur olub. Bilir ki, hazırda Ermənistan üçün bunun alternativi yoxdur”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:

"Paşinyanın bu bəyanatı onun bu vaxta qədər dediklərinin pik nöqtəsi idi. O, bundan öncə bir neçə dəfə sözügedən mövzularla bağlı açıqlamalar vermişdi. Zamanında kommunikasiyaların açılmasından, delimitasia və demarkasiya məsələlərindən danışıb. Bütün bunlar onun dünən səsləndirdiyi həmin fikirlərə hazırlıq məqsədi daşıyırdı. Belə açıqlamaları ilə ölkə vətəndaşlarını sanki sözügedən gedişaata hazırlayırdı.

Bununla Paşinyan dünyaya, Türkiyə və Azərbaycana mesaj verir ki, artıq Bakı ilə münasibətləri yaxşılaşdırmaq kursu götürüb. Ermənistan Türkiyə və Azərbaycanla münasibət qurmağa məcburdur. Çünki başqa çıxış yolları yoxdur. Əks təqdirdə, daha çox dərəcədə Rusiyanın təsir və təzyiqi altında qalmaqda davam edəcək”.

Ekspert qeyd etdi ki, Paşinyan gec-tez onsuz da belə bir bəyanatla çıxış etməli idi:"Bundan sonra bəyan etdiyi istiqamətdə real addımlar atmalıdır. Hazırda Qarabağda 20-25 min erməni qalıb. Amma onların vəziyyəti elədir ki, yerdə qalanlar da çıxıb getməyə hazırdır. Düşünürəm ki, qışa doğru Qarabağdakı ermənilərin sayında azalma olacaq. Görünür, Paşinyan məhz Bakının köməyilə Qarabağdakı erməni əhalisini saxlamağa cəhd edir. Belə ki, Azərbaycanla münasibətlərin yaxşı olması, təbii ki, Qarabağda yaşayan ermənilər üçün də yaxşıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar