Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

O bir də Qarabağı görməyəcək: Gəlsə, Azərbaycan əsgəri də Ermənistana girəcək

Tarix: 07-09-2021 17:36     Baxış: 3180 A- / A+
O bir də Qarabağı görməyəcək: Gəlsə, Azərbaycan əsgəri də Ermənistana girəcək

44 günlük Vətən müharibəsindən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərləri intensiv xarakter almışdı.

Paşinyanın Xankəndiyə və Şuşaya hər səfəri Azərbaycan cəmiyyətində böyük ajiotaj yaradırdı. Ermənistanın hökumət başçısının dövlət adamına yaraşmayan davranışları ikrahla qarşılandı, uzun müddət sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Maraqlıdır, Paşinyan indi niyə Qarabağa gəlmir?

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas yenisabah-a açıqlamasında Paşinyanın bir də Qarabağı görməyəcəyini deyib: “Azərbaycan torpağına onun gəlməyə ixtiyarı yoxdur. O, ölkənin Baş naziridir. Hansı ölkənin başçısı icazəsiz başqasının torpağına gələ bilər?

Ağlı başında olan məcburdur. Bu həm Azərbaycanın təzyiqi, həm də Ermənistanın özünün daxili əminliyi ilə bağlıdır ki, getmək təhlükəlidir.

Məğlubiyyətə uğradıqlarına görə, artıq özlərini qalib hadam gəlməz. Bundan qabaq bütün beynəlxalq aləm onun tərəfində idi. Amma indi deyil. O, bu səbəbdən səfər edə bilməz. Artıq bitdi, qurtardı. Bu məsələyə nida işarəsi qoyuldu. O bir də Qarabağı görməyəcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Paşinyanın səfəri olsa, Azərbaycan qoşunları Ermənistana girəcək: “Ermənistan məğlub tərəfdir. Bu səbəbdən də Azərbaycanın şərtlərinə əməl etməyə esab etdikləri dövrdəki kimi davrana bilmirlər. Davrana da bilməzlər. Onun səfəri olsa, o deməkdir ki, Azərbaycan qoşunları Ermənistana da girəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar