Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin Laçın təliminin 3 səbəbi - Video

Tarix: 07-09-2021 16:22     Baxış: 4112 A- / A+
Azərbaycan və Türkiyənin Laçın təliminin 3 səbəbi - Video

Türkiyə və Azərbaycan hərbçilərinin işğaldan azad edilən Laçın bölgəsində ortaq hərbi təlimi həyata keçirmələri böyük tarixi əhəmiyyət daşıyır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspertə görə, son dövrdə Qarabağda və sərhəddə Ermənistanın təxribatlarının çoxalması sözügedən təlimin önəmini daha da artırır:

“Son dövrlərdə ermənilərin təxribatlarının artdığı, Azərbaycana müxtəlif səviyyəli təzyiqlərin edildiyi Laçında Azərbaycan və Türkiyənin ordu birləşmələri hərbi təlimlər həyata keçirirlər. Biz hərbi terminologiyada bunu “dərinliyə hərəkət” adlandırırıq. Burada şəxsi heyət hər iki dövlətin özəl hərəkatçıları və komandolarından təşkil edilib. Bu hərbi birliklər ordunun ən dözümlü və güclü birlikləridir. Belə birliklər adətən tələ qurma, pusquya salma, dərininə hərəkət, sızma tərzində hərbi əməliyyatların keçirilməsində xüsusi bacarığa sahib olurlar. Əlbəttə ki, hərbi təlimin keçirilməsi yalnız tədris proqramının tələblərini həyata keçirmək məqsədi daşımır. Eyni zamanda Laçında Türkiyə-Azərbaycan ortaq hərbi təliminin keçirilməsi son dövrdə bölgədə yaşanan bir sıra hadisələrə, edilən cəhdlərə və gizli planlara qarşı mesaj xarakteri daşıyır”.

Ağar Laçında birgə hərbi təlimin keçirilməsinin diqqət çəkən üç əsas cəhətinin olduğunu bildirib:

“Burada 3 əsas məsələ diqqəti özünə cəlb edir. Birincisi, Türkiyə və Azərbaycan bugünədək çoxlu sayda hərbi təlimlərə imza atıb. Laçın 44 günlük Vətən müharibəsi nəticəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Azərbaycan və Türkiyənin burada birgə hərbi təlim keçirməsi Azərbaycanın ən təbii haqqıdır.

İkincisi, bölgə həssas bölgədir.

Üçüncüsü isə bu hərbi təlim Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin bir təzahürü olan strateji müttəfiqliyinin, əlaqələrinin göstəricisidir”.

Ekspert son dövrdə Azərbaycana Qarabağ məsələsində təzyiqlərin daha da artdığını, lakin bunun heç bir nəticə verməyəciyini xüsusi vurğulayıb:

“Azərbaycana hazırda Qarabağ məsələsində ağır təzyiqlər edilir. Cənab İlham Əliyev bu təzyiqlərə boyun əymir və mövqeyindən geri çəkilmir. Məğlubiyyətdən doymayan Ermənistan isə həm Qarabağ bölgəsində, həm də sərhəddə təxribatlar törətməyə cəhd edir. Öncə, bunu bir daha vurğulamaq istəyirəm ki, Qarabağ şəksiz-şübhəsiz şəkildə Azərbaycan torpağıdır. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistan işğalı altında olan torpaqlarını 44 günlük müharibə nəticəsində azad edib. Hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrdə erməni separatçılarının tör-töküntüləri var. Ancaq bu Qarabağın Azərbaycanın ərazisi olduğu həqiqətini heç cür dəyişdirə bilməz. Düşünürəm ki, Azərbaycan aktiv siyasət və diplomatiya yolu ilə həmin ərazilərdə də nəzarəti tam şəkildə bərpa edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar