Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı hərbi ekspert: “Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir”

Tarix: 04-09-2021 18:44     Baxış: 4152 A- / A+
Rusiyalı hərbi ekspert: “Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir”

“Rusiyanın Zaqafqaziyada mövqeyi hər kəslə yaxşı münasibətlər qurmaqdan ibarətdir. Bu, ona bütün bölgədə dominant olmaqla köhnə, sovet strateji sərhədini bərpa etmək üçün lazımdır. O sərhəd ki, Rusiya imperiyasının dövründə də elə orada olub”.

Manevr.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Pavel Felqenqauer Caliber.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün Rusiya Azərbaycanın daxil olmadığı KTMT çərçivəsində Ermənistanla hərbi müttəfiqlik edir, hətta Gürcüstanla diplomatik əlaqələri yoxdur.

“Amma Rusiya hər kəslə ittifaq qurmaq istəyir. Buna görə də, deyək ki, Azərbaycana qarşı Ermənistanın tərəfində olmaq Kremlin uzunmüddətli strateji hədəflərinə daxil deyil. Moskvada kifayət qədər nüfuzlu erməni lobbisi var, amma kifayət qədər nüfuzlu Azərbaycan lobbisi də var. Onlar müəyyən dərəcədə tarazlaşırlar”.

Hərbi ekspert deyir ki, Rusiyanın bölgədə hökmranlıq etməsi və bu ölkələr arasında problemləri öz arbitrajı ilə həll etməsi üçün ortaq bir istiqaməti var.

“Balansı saxlamaq üçün Rusiya həm Ermənistana, həm də Azərbaycana silah satıb. Amma Bakı pulla alıb, İrəvan isə kredit götürüb və borcu necə ödədiyi bəlli deyil. Buna baxmayaraq, Rusiya tarazlığı qorumağa çalışdı.

Düzdür, Rusiya Federasiyası tarazlığı elə də qoruya bilmədi, çünki Azərbaycanın tək Moskvadan deyil, başqa ölkələrdən də silah almaq imkanı var idi. Və bu gün Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir”, - deyə o vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar