Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Xankəndidə ermənilər yas mərasimi keçirir"

Tarix: 02-09-2021 19:45     Baxış: 4123 A- / A+
"Xankəndidə ermənilər yas mərasimi keçirir"

“Xankəndidə separatçıların keçirdiyi tədbirə yas mərasimi kimi baxmaq lazımdır. Hamıya aydındır ki, II Qarabağ müharibəsi nəticəsində Ermənistan dövlətçiliyinin əsas siyasi layihəsi olan "Miatsum" - Azərbaycan torpaqlarının Ermənistana anneksiya etmək planı darmadağın olub”.

Manevr.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu gün Xankəndidə separatçıların guya müstəqilliklərinin 30 illiyi ilə bağlı keçirdiyi tədbir haqqında danışarkən deyib.

Diplomatın sözlərinə görə, indi Ermənistan daxil olmaqla heç kəs inanmır ki, Azərbaycan ərazilərində anneksiya həyata keçirmək mümkündür: “Bizə qarşı ərazi iddiaları irəli sürülən dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 127 min erməni yaşayırdı. Mən SSRİ-nin 1987-ci il statistikasına istinad edirəm. Müharibədən qabaq deyilirdi ki, orada vur-tut 50-60 min erməni qalıb. Demək olar ki, onların yarısı müharibədən qabaq qaçıb. II Qarabağ müharibəsi dövründə də oradan kifayət qədər erməni qaçdı. Sonradan guya onların hamısının Xankəndi və digər yaşayış məntəqələrinə qayıtdığı iddia olunurdu. Amma son rəqəmlər belədir ki, orada cəmi 20-25 min erməni yaşayır. Yəni əhalisinin azalması baş alıb gedir".

Sabiq diplomat qeyd edib ki, son 30 ildə Qarabağda olan ermənilər çoxalmadı, kritik şəkildə azaldı və bu proses davam edir: "Başqa sözlə, onların "Miatsum" layihəsi tam iflas edib. Bu baxımdan indi Xankəndidə keçirilən tədbiri daha çox yas mərasimi kimi qiymətləndirmək daha yaxşı olardı. Erməniləri yaxşı tanıyanlar bilirlər ki, onlar yas mərasimlərini yüksək səviyyədə keçirə bilirlər. Görünən budur ki, bu layihə 1-2 il ərzində tam məhv olacaq. Bu halda Azərbaycan dövlətini seçən ermənilər orada qalacaq və Azərbaycan vətəndaşlığını alacaqlar. Kim istəyəcəksə, Xankəndi daxil olmaqla indi yaşadıqları ərazilərdən gedəcək”.

T.Zülfüqarov əlavə edib ki, ermənilərin 30 il əvvəl irəli sürdüyü faşist-millətçilik siyasəti indi gətirib onları acı nəticələrlə üz-üzə qoyub: “Bunu da görürlər. Və zaman keçdikcə görməkdə və daha çox hiss etməkdə davam edəcəklər”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar