Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Tatoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını yada salsın”

Tarix: 31-08-2021 17:15     Baxış: 4238 A- / A+
"Tatoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını yada salsın”

Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd olan Sotk və Kut kəndlərinin yaxınlığında baş verən yanğınlarla bağlı, Ermənistanın ombudsmanı Arman Tatoyan Azərbaycanı ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyinin təkzib açıqlamasına baxmayaraq, Ermənistan tərəfi öz ittihamlarına davam edir.

Ombudmsan toplanılan faktları beynəlxalq təşkilatlara da göndərəcəyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyindən haqqin.az saytına verilən açıqlamada Tatoyan bu ittihamların sübutsuz və şər-böhtan xarakterli olduğu bildirilib.

Manevr.az xəbərinə görə, bizimyol.info saytına bu məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi hər hadisədə Azərbaycanı günahlandırmağa adət edib.
"Tatoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını yada salsın”

“Əgər Ermənistan tərəfi hər hansı insidentin, qarşıdurmanın olmasını istəmirsə, 30 il ərzində işğal etdiyi Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara getməli, bütün problemlərə son verməlidir”, - deyə eskpert vurğulayıb.

O qeyd edib ki, SOTK və Kut kəndləri tarixi Azərbaycan torpaqlarıdır: “Lakin Azərbaycan BMT-nin tanıdığı sərhədlərin delimitasiyasına razıdır və Ermənistanı da bu istiqamətdə iş görməyə çağırır. Artıq qabaqdan payız və qış ayları gəlir. Sərhədlərin delimitasiyası üçün ən əlverişli zaman yaz və yay aylarıdır. Ermənistan tərəfi isə qəsdən bu aylarda təxribatlar edərək zaman qazanmağa çalışdı”.

Ə.Verdiyev bildirir ki, Ermənistanın ombudsmanı heç bir əsas olmadan Azərbaycanı beynəlxalq arenada “günahkar” çıxarmağa çalışır.

“Görəsən, Tatoyan niyə Ermənistan ərazisindən deportasiya edilən 200 mindən çox azərbaycanlının başına gələnlərdən danışmadı. Qarabağda tamamilə dağıdılmış şəhərlər və kəndlərdən heç nə demədi... Erməni diversantları hələ də Qarabağda yanğınlar törətməyə çalışır, təbiətə zərər vururlar. Lakin Ermənistanın ombudsmanı ancaq istədiklərini görür və danışır. Tonoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını xatırlasın”, - deyə ekspert əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar