Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın İrandan sonra Gürcüstana çıxışı da Bakının nəzarətinə keçəcək

Tarix: 30-08-2021 17:30     Baxış: 4190 A- / A+
Ermənistanın İrandan sonra Gürcüstana çıxışı da Bakının nəzarətinə keçəcək

Qafan-Gorus yolunun iki gün bağlı qalması nəticəsində iflic olan Ermənistanda qorxular davam edir.

Manevr.az xəbər verir ki, ermənilərin qorxusu gələcəkdə Azərbaycanın suveren ərazisindən keçən Qafan-Gorus yolunu yenidən bağlaya bilməsi, o cümlədən, Ermənistanın Gürcüstana çıxışının da təhlükə altında olmasıdır.

Ermənistanın Milli Arxiv İdarəsinin keçmiş direktoru Amatuni Virabyan deyir ki, gələcəkdə Tavuşda və Kərkidə də analoji problem yarana bilər.

“Tavuşda anklavlar (Qazaxın 7 kəndi) və Kərki qaytarılandan sonra Ermənistanın nəqliyyat xətlərinin yenidən bloka saxlınması riski böyüyəcək”, - o deyib.

Qeyd edək ki, Ermənistanın xaricə iki istiqamətdə çıxışı var: Gürcüstan və İrana.

Qafan-Gorus yolunun Azərbaycanın suveren ərazisindən keçən 21 kilometrliyinin bağlanması Ermənistanın İrana çıxışını bağladı. Hazırda yol Azərbaycanın istəklərinin yerinə yetirilməsi qarşılığında açılıb, lakin Bakı istənilən vaxt bağlaya bilər. Ermənistanın bu yola alternativ çəkdiyi yolun vəziyyəti də gələcəkdə yenə Azərbaycana möhtac olacağını göstərir.

Gürcüstana çıxış isə Qazaxın işğal altında olan 7 kəndindən keçir. Sərhədlərin delimitasiyası ilə bu kəndlərin qaytarılacağı gündəmdədir və bu, reallaşandan sonra Ermənistanın Gürcüstan çıxışı da Azərbaycanın nəzarətinə keçə bilər./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar