Xəbər lenti
Putin Paşinyana ona görə zəng etdi ki… - Şərh
Azərbaycan sərhədçilərinin Gorus-Qafqan yolunu bağlaması Kreml üçün gözlənilməz idi. Əslində yolun uzun müddət açıq qalması Kremlin Bakıdan xahişi idi. Ancaq ermənilər sərhədçimizi yaraladığına görə yol Bakıdan verilən qərarla qapadıldı.
Manevr.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Gorus-Qafan yolunun açılmasını şərh edərkən deyib.
O bildirib ki, yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistana, Rusiyaya və həmin yoldan istifadə edən İrana mesaj yolladı:
“Yəni yol Azərbaycanın nəzarətindədir və istənilən zaman yenə qapada bilərik. Son hadisə onu göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir. Məhz bunun nəticəsində Paşinyan parlamentdə son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən erməni toponim adlarına deyil, Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını bildirib. Bu istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasətinin davamı, vacibliyini göstərir”.
Politoloq bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə günlərində Rusiya Prezidenti Vladimir Putinə az qala hər gün zəng edir, Azərbaycanı dayandırmaq üçün ona yalvarırdı:
“İndi isə tərsinə, Putin Paşinyana zəng edib sərhəddəki vəziyyəti onunla müzakirə edib. Əlbəttə ki, Putin sərhəddə baş verənlər barədə səhih məlumata malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir.
Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdılar, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bundan sonra da Putinin Paşinyana zəngi onu göstərir ki, bu problem də Rusiyanın vasitəçiliyi ilə həll oldu”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar