Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Kim zəmanət verə bilər ki, həmin hərbçi təxribatçı deyil?!” – Politoloqdan SENSASİON AÇIQLAMA

Tarix: 28-08-2021 12:57     Baxış: 4126 A- / A+
“Kim zəmanət verə bilər ki, həmin hərbçi təxribatçı deyil?!” – Politoloqdan SENSASİON AÇIQLAMA

"Kim zəmanət verə bilər ki, həmin hərbçi təxribatçı deyil?! Bu, yalnız istintaq nəticəsində, müəyyən edilə bilər. Ona görə də Müdafiə Nazirliyi kifayət qədər doğru mövqe sərgiləyib. Rusiya sülhməramlıları da son dövrlər özlərini həddən artıq təxribatçı statusda aparırlar".

Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, azərbaycanlı hərbçinin Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə keçməsi təxribatdır: "Bu barədə sosial şəbəkələrdə hər kəs müxtəlif, dəqiqləşdirilməmiş fikirlər bildirir. Müdafiə Nazirliyinin bildiyi nəsə var ki, həmin hərbçiyə cinayət işinin açılması barədə məlumat yayıb. Bugünə qədər heç bir Azərbaycan əsgəri hansı halda olursa-olsun erməni tərəfə keçməyib. Müharibənin ağır günlərində də belə şey baş verməyib. Ola bilər ki, bu, ermənilərin törətdiyi provokasiyadır. Kim zəmanət verə bilər ki, həmin hərbçi hansısa xarici kəşfiyyata işləmir? Onun Gəncədən onlarla kilometr yol keçib Ağdərə istiqamətinə keçməsi görünür ki, yaxşı qurulmuş təxribatdır. Müdafiə Nazirliyi düzgün mövqe sərgiləyərək cinayət işi qaldırıb. Bütün hallarda, bu, lazım idi. Axı bu, MAXE-dir. 18 yaşlı təzə əsgər olsaydı, ehtimal etmək olardı ki, bilməyib. Amma müddət artıq hərbi xidmət keçənlərə təlimlər keçirilir, dövlət onlara xərc qoyur. Biz Vətən müharibəsindən sonra "Dağlıq Qarabağ" adlı bir şey tanımamışıq. Ermənilər bu hərbçinin qolunu burub aparması, "Artsax təhlükəsizliyi" şüarları... Hər biri təxribatdır. Bu adamı həbs edən kimi Beynəlxalq Qızıl Xaç Komitəsi gəlib. Bəs bizim əsgərlərimiz itkin düşəndə harada idi Beynəlxalq Qızıl Xaç Komitəsi?! Əgər Azərbaycan əsgəri idisə, elə o, postu keçən kimi onu vurmalı idilər. Bu, açıq-aydın təxribatdır. Başqa cür mümkün deyil. Sadəcə, sosial şəbəkələrdə vətəndaşlar məsələnin mahiyyətinə varmadan fikir bildirilər".

Qeyd: Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar