Xəbər lenti
“Ermənistanla sərhəd danışıqları bir neçə il uzana bilər”
“Dünən və bu gün Azərbaycan hərbçiləri Azərbaycan əsgərinin bıçaqlandığı iddiasına cavab olaraq Syunikdəki yolları bağladılar və Ermənistan Müdafiə Nazirliyi bunu inkar edir”.
Manevr.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə “Joxovurd” qəzetində yazılıb.
“Daxil olan məlumatlar ziddiyyətlidir. Rusiyalı analitik Modest Kolerov bildirib ki, Rusiya və Azərbaycan hərbçilərinin iştirakı ilə baş verən hadisə ilə bağlı məlumatlar var. Lakin bununla bağlı rəsmi məlumat yoxdur. Rusiyalı analitik qeyd edib ki, Ermənistanda daxili vəziyyət hələ də qeyri-müəyyən olsa da, Azərbaycan öz proqramlarını həyata keçirməyə davam edir”, - deyə qəzetdə yazılır.
“Bu vəziyyət illərlə davam edə bilər. Rusiyanın iştirakı ilə danışıqlar sabah başlasa belə, başa çatması illər tələb edə bilər. Bütün bu illər ərzində Ermənistan öz sərhədlərini qorumadığı müddətcə Azərbaycan hücum edəcək. Əgər o, sərhədləri müdafiə etsəydi, onda Azərbaycan qoşunları olmayacaqdı. İrana gəldikdə, Kolerov xatırladı ki, Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlayır, ona görə də bu məsələdə ona güvənməməlisən ”, - deyə Kolerov əlavə edib.
Onun sözlərinə görə, Rusiya üçtərəfli danışıqlara başlamağa hazırdır və indi bununla məşğuldur.
Bu məlumatı bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, sözügedən rusiya sərhədçilərinin xidmət etməsi ilə bağlı heç bir məlumat yoxdur: “Bizim hərbçilərlə rusiyalı hərbçilər arasında hər hansı münaqişənin baş verməsi və bunun da indiyə qədər açıqlanmaması real deyil. Modest Kolerov ermənipərəst politoloqdur və onun dediklərinə əhəmiyyət vermək lazım deyil”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistan tərəfi delimitasiya və demarkasiya işlərini ləngitdikcə, Azərbaycan öz təzyiqlərini artıracaq: “Nə vaxt onlar danışıqlar masasına oturacaqlar, o zaman da bu təzyiqlər bitəcək. Əlbəttə, ola bilər ki, bu danışıqlar 1-2 il çəksin, ya da bir neçə il uzansın. Sərhədlərin müəyyənləşməsi üçün Azərbaycan öz tərəfindən addımlar atır, lakin qarşı tərəf bilərəkdən məsələni yubadır”.
Politoloq bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlamaqda tamamilə haqlıdır və öz suveren hüquqlarından istifadə edir.
“Ermənistan ya alternativ yoldan istifadə etsin, ya da Azərbaycanın tələblərini yerinə yetirsin”, - deyə Elxan Şahinoğlu əlavə edib.
O, sentyabr ayında Xankəndidə separatçı rejimin “müstəqilliyinin” ildönümü ilə bağlı tədbirlərə hazırlıq görüldüyünü də xatırladıb: “Ermənistan tərəfi zəif görünməmək üçün bu tədbiri keçirməyə çalışır, lakin Azərbaycan tərəfindən təzyiqlərin artacağını da hiss edir. Azərbaycan tərəfi bu məsələyə görə müəyyən addımlar atacaq, tələblər sürəcək. Lakin Xankəndinə zərbələr endiriləcəyini istisna edirəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar