Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya sülhməramlılarının problemləri artıb, Xankəndi ermənilərinə su daşıyırlar" - Politoloq

Tarix: 26-08-2021 14:39     Baxış: 4174 A- / A+
“Rusiya sülhməramlılarının problemləri artıb, Xankəndi ermənilərinə su daşıyırlar" - Politoloq

"Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçılarla yanaşı Rusiyanın da regional problemləri artıb".

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq Xankəndidə bəzi problemlərin yarandığını vurğulayıb:

"Xankəndidə su kəsilir, rusiyalı hərbçilər su daşıyırlar, silah anbarında partlayış baş verir, alovu söndürməyə çalışırlar, mobil əlaqə kəsilir, bunun bərpası haqqında düşünmək məcburiyyətində qalırlar. İndi də rusiyalı hərbçilər tökülüşüblər Gorus-Qafan yoluna, ərazimizə düşən və azərbaycanlı sərhədçilərin bağladığı yolu açmağa çalışırlar.

Rusiyalı hərbçilər özlərini Abxaziyada, Cənubi Osetiyada, qeyri-rəsmi var olduqları Dnestr və Donbass bölgəsində daha rahat hiss edirlər, çünki ayırıcı xətlər bəllidir, toqquşmalar yox dərəcəsindədir, mövqelərini qoruyurlar. Qarabağ və Azərbaycan-Ermənistan sərhədində isə durum tam fərqlidir, Moskvanın vasitəçiliyi ilə müharibənin bitməsini şərtləndirən iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərglinliklər davam edir, faktiki münaqişənin yeni fazasına daxil olmuşuq, anti-terror əməliyyatın həyata keçiriləcəyi də istisna deyil".

Ekspert Rusiyanın qarşısında iki seçimin olduğunu vurğulayıb:

"Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas içindədir, ancaq o biri tərəfdən Azərbaycanla münasibətləri korlamaq istəmir. Lakin Moskva üçün ikisini bir arada tutmaq getdikcə çətinləşir. Azərbaycan cəmiyyəti Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıları tərksilahını tələb edir. Ermənilərin artan təxribatları bizdən bu prosesi sürətləndirməyi tələb edir.

Kreml iki yoldan birini seçməlidir: ya Ermənistanı təxribatlardan çəkindirməli, iki dövlət arasında sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşdirilməsini, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirməli və bununla bölgədə sabitliyə nail olmalı, ya da Ermənistana və onun təxribatlarına dayaq durmaqla tədricən Azərbaycanla münasibətlərin gərginləşdirməlidir"./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar