Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın məkrli PLANI: "Qazax və Tovuz istiqamətində ciddi..." - Polkovnikdən ÇAĞIRIŞ

Tarix: 24-08-2021 22:02     Baxış: 3206 A- / A+
Rusiyanın məkrli PLANI: "Qazax və Tovuz istiqamətində ciddi..." - Polkovnikdən ÇAĞIRIŞ

“Rusiya sərhədçiləri Ermənistanın Voskepar kəndinə yerləşdirilib. O istiqamətdəki hərəkətlilik yeni münaqişə ocağı yarada bilər”.

Manevr.az xəbər verir ki, bunu Qazax rayonu istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi və Rusiyanın bölgədəki fəaliyyətini şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov yenicag.az-a açıqlamasında deyib.
Rusiyanın məkrli PLANI: "Qazax və Tovuz istiqamətində ciddi..." - Polkovnikdən ÇAĞIRIŞ

Rövşən Məhərrəmov bildirib ki, Rusiya bölgədə yeni münaqişə ocağı yaratmaq istəyir:

“Ermənistanın Noyanbiriyan rayonundan Voskepar kəndinə yol ancaq Qazax rayonunun Bağanis Ayrım kəndindən keçir. Ermənilərin İcevandan Voskepar kəndinə gedən yolu isə Qazax rayonunun işğal edilmiş Xeyrimli və Aşağı Əskipara kəndindəndir. Ruslar hazırda beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal edilmiş kəndlərindən yol kimi istifadə edirlər. Rusiya sərhədçiləri orada blok-post yox, mühəndis-istehkam işləri aparırlar.

Erməni mətbuatı yazır ki, Tavuş rayonunda insanların köçü başlayıb. Əgər belə bir hal varsa, o istiqamətdə atəşkəsin pozulması qaçınılmazdır. Qarabağda, Ermənistan-Azərbaycan sərhədində yüngül atışmalar gedir. Düşünürəm ki, bu, diqqəti yayındırmaq üçündür. Ermənilər daha çox Qazax və Tovuz istiqamətlərində ciddi münaqişəyə hazırlaşır.

Rusiya Qarabağa silah daşıyır, erməniləri silahlandırır, Xankəndiyə su gətirir. Azərbaycan rəsmi olaraq buna etirazını bildirməlidir. Laçın koridorunda Azərbaycanın sərhədçiləri və Gömrük xidməti Rusiya sülhməramlıları ilə birgə xidmət aparmalıdır və bunun qarşısı alınmalıdır. Rusiya sülhməramlıları, əslində, Qarabağdakı terror dəstələrini silahlandırır. Azərbaycan ciddi sürətdə Rusiya dövlətinə etirazını bildirməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar