Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dağılmış erməni ordusu yenidən qurulur: Baronlarla görüş

Tarix: 23-08-2021 23:08     Baxış: 4175 A- / A+
Dağılmış erməni ordusu yenidən qurulur: Baronlarla görüş

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada rusların “silah baronları” ilə görüşüb: Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyev.

Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə də görüşü gözlənilir.

“İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu da daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. “Taktiki raket silahları” korporasiyası isə müxtəlif tipli raketlər buraxır.

Ermənistan Rusiyadan 4 dənə Su-30SM raketləri almışdı, lakin raketlərinin olmadığı üçün müharibədə istifadə edə bilmədiyi deyilir. Görünür, raketləri bundan sonra almağı planlaşdırır. Bununla yanaşı, 44 günlük müharibədə ümumilikdə 366 tank itirib: 287-si məhv edilib, 79-u qənimət götürülüb. Bu itkinin yerini doldurmağa çalışırlar.

Rusiya da həm Ermənistanda təsir imkanlarını saxlamaq, həm də Azərbaycanı rus silah almağa təşviq etmək üçün dağılmış erməni ordusunu yenidən qurur.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar