Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı”

Tarix: 20-08-2021 21:02     Baxış: 4197 A- / A+
“Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı”

“Azərbaycan seqmentində Əşrəf Qaninin qaçışını mərhum Əbülfəz Elçibəyin Bakını tərk etməsi ilə müqayisə edənlər ortaya çıxıb. Əvvəla, Əbülfəz Elçibəy Bakını tərk edərkən özü ilə nə xalqının pulunu, nə də bir qram qızılını götürməmişdi. Əşrəf Qaninin isə özü ilə 100 milyonlarla pul götürdüyü haqda xəbərlər var. Odur ki, bu, uğursuz müqayisədir”.

Manevr.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, Əbülfəz Elçibəyin arxasında ABŞ və ya o böyüklükdə hansısa başqa bir güc dursaydı, Azərbaycan belə bir problemi qətiyyən yaşamazdı: “Ancaq dünyadakı erməni mafiyası, Rusiya və İran birləşərək onun hakimiyyətdən getməsini təmin etdilər. Bu baxımdan da müqayisə uğursuzdur. Başqa bir məqam odur ki, Əbülfəz Elçibəy ölkəsini tərk etmədi, sona qədər Azərbaycanda qaldı. Həm də o dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı. Bu da onun əsl vətənpərvərliyini göstərdi. Yəni hakimiyyətdən getsə də, ölkənin dağılmaması üçün daha güclü bir liderin hakimiyyətə gəlməsinin zərurətini hiss etdi. Əşrəf Qani isə özündən sonra dövlətin taleyini düşünmədi, pul götürüb ölkəsini tərk etdi. Əslində, Qani qalmalı və “Taliban”la məsələləri çözüb sonra getməli idi”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar