Xəbər lenti
Paşinyan bu şəxsi XİN rəhbəri təyin etdi – Ararat Mirzoyan kimdir? Dünya
Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın xarici işlər naziri təyin olunub.
Maraqlıdır, Ararat Mirzoyanın yeni XİN rəhbəri kimi işə başlaması ölkəmiz, eləcə də Ermənistan üçün nə vəd edir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Ararat Mirzoyanın XİN-ə rəhbər gətirilməsi ideyasının Nikol Paşinyana məxsus olduğunu deyib:
"Növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda hökumətin formalaşması prosesi başa çatmaq üzrədir. Demək olar ki, əsas vəzifələr Baş nazir Nikol Paşinyanın təqdim etdiyi namizədlər əsasında formalaşıb. Boş qalan yerlər içərisində xarici işlər naziri vəzifəsi diqqəti cəlb edir. İndiki şəraitdə ölkənin əsas fiqurlarından hesab olunacaq xarici işlər nazirinin təyinatının gecikməsi müxtəlif şayiələrin yayılmasına yol açırdı. Müxalif qüvvələr bu məsələdə prezident Armen Sarkisyanla Paşinyan arasında fikir ayrılığının olmasını əsas gətirirlər.
Xarici işlər naziri vəzifəsinə Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın təyin edilməsi ilə bu mövzuya da nöqtə qoyulmuş oldu Bu şəxs baş nazirin yaxın silahdaşlarından hesab olunur və həm 2018-ci il, həm də 2020-ci illərdəki qarşıdurma zamanı Nikol Paşinyanla birlikdə olub, müxalifət tərəfindən yetərincə kötək yeyib".
Politoloq yeni nazirin Azərbaycanla müsbət əlaqələrin qurulmasında maraqlı olacağını bildirib:
"Paşinyanın onu seçməsinin özəl səbəbləri var. İkinci dəfə baş nazir təyin olunandan sonra onun Mirzoyan kimi müti xarici işlər nazirinə ehtiycı yaranıb. Ararat Mirzoyanın Azərbaycana münasibətinə gəlincə, onda hər hansı bir özbaşınalıq və özfəaliyyət gözləmək mümkün deyil. O Paşinyanın çəkdiyi kursla hərəkət edərək onun siyasətinin həyata keçirilməsidnə vasitə olacaq. Paşinyan isə son zamanlar Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olması haqqında siqnallar verir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar