Xəbər lenti
Prezidentin Kəlbəcər səfərinin mesajları
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var. Sözügedən səfərin iqtisadi tərəfləri artıq müzakirə olunduğundan məsələnin strateji istiqamətlərinə diqqəti çəkmək vacib olardı.
Manevr.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin iqtisadi əhəmiyyəti haqda danışarkən deyib.
“Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır.
İkincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin və o cümlədən Ordumuzun gücünü göstərən faktorlardan biridir.
Üçüncüsü, Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha möhkəmləndirəcək.
Dördüncüsü, müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.
Nəhayət, son səfər təsdiq edir ki, kifayət qədər həssas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək", - Bayramov bildirib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar