Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan parlamenti Ermənistana üç kəndin verilməsi barədə qərarı ləğv etməlidir”

Tarix: 18-08-2021 11:29     Baxış: 4135 A- / A+
Azərbaycan parlamenti Ermənistana üç kəndin verilməsi barədə qərarı ləğv etməlidir”

Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətində səs-küyə səbəb olub.
Bundan əvvəl Prezidentin “Biz Zəngəzura qayıdacağıq” açıqlaması Ermənistan hakimiyyəti tərəfindən panika ilə qarşılandı. Hətta Ermənistan baş naziri Nikol Paşinyan İlham Əliyevi ərazi iddialarında ittiham etmişdi.

Lakin İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan bu qayıdışı sülh əsasında, Zəngəzur dəhlizinin çəkilişi ilə reallaşdırmaq istəyir. İlham Əliyev deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarını "dədə-baba torpaqlarına qaytaracaq".

"Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq",- o əlavə edib.

“Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

Dövlət başçısının bu açıqlaması Ermənistan mətbuatı və siyasi qüvvələri tərəfindən “aqoniya” ilə qarşılanıb və demək olar ki, Ermənistan KİV-lərində daxili problemlərdən çox, məhz İlham Əliyevin açıqlamaları müzakirə olunur.

Manevr.az-ın xəbərinə görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bizimyol.info saytına bildirib ki, Ermənistanın “aqoniya”sı anlaşılandır.
Azərbaycan parlamenti Ermənistana üç kəndin verilməsi barədə qərarı ləğv etməlidir”

“Onlar çox yaxşı bilirlər ki, o torpaqlara heç bir aidiyyatları yoxdur, özgə torpaqlarında dövlət qurublar. Azərbaycan Prezidentinin çəkinmədən tarixi faktları sadalaması Ermənistan cəmiyyətini və siyasi elitasını təşvişə salır. Xüsusilə də, 44 günlük müharibədə darmadağın olmasından sonra, Ermənistan hakimiyyəti hansı arqumentlə, hansı faktla və ən əsası, hansı iradə ilə müqavimət göstərəcəyini bilmir”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, Ermənistanın İlham Əliyev tərəfindən səsləndirilən tarixi faktlara reaksiyası başqa cür ola bilməzdi: “Əlbəttə, onlar etiraf etməyəcəklər ki, bu torpaqlarda əvvəl azərbaycanlılar yaşayıb, Azərbaycana aid olub. Ona görə də, Azərbaycanı aqressor kimi göstərməyə çalışırlar. Lakin fakt öz faktlığında qalır. Göyçə mahalını, Qərbi Zəngəzuru Azərbaycandan Moskva alaraq Ermənistana verib. Bu barədə Azərbaycan tərəfindən imzalanmış bir sənəd də yoxdur. Yalnız 1960-cı illərdə Azərbaycan SSR-in Ali Soveti tərəfindən Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Ermənistana verilməsi barədə qəbul edilmiş sənəd var. Azərbaycan parlamenti Ermənistana üç kəndin verilməsi barədə qərarı ləğv etməlidir. Mən şəxsən bu məsələni Milli Məclisdə qaldıracağam”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti “biz o torpaqlara qayıdacağıq” sözlərini elə-belə deməyib: “Prezident tarixi Azərbaycan torpaqlarına qayıdışımızı bəyan etdi. Təbii ki, bu, birdən olmayacaq. Lakin biz çalışmalıyıq ki, öz tarixi torpaqlarımıza qayıdaq və dünya birliyi də bu faktı qəbul etsin. Azərbaycan Respublikası – Azərbaycan Demokratik Respublikasının varisidir. Bizim həmin illərdə xarici dövlətlər tərəfindən tanınan xəritəmizdə hansı ərazilərin kimdə olduğu aydın qeyd olunub. Tarixi ədalət bərpa olunmalıdır və Azərbaycanın dövlət başçısı da bütün səylərini buna yönəldib. Tarixi torpaqlarımıza qayıtmağımıza kimsə mane ola bilməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar