Xəbər lenti
Ermənilər buna görə sülh müqaviləsi imzalamaq istəmir ki... - Tofiq Zülfüqarov
“Ermənistanın işğal dövründə Azərbaycana vurduğu ziyan hesablanır. Bundan sonra Azərbaycan beynəlxalq qurumlar qarşısında bu məsələni yenidən qaldıracaq”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Politoloq qeyd edib ki, mütəxəssislər bu məsələ üzərində işləyir: “Azərbaycana vurulmuş ziyan hesablandıqdan sonra beynəlxalq qurumlara müraciət olunacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni və dini abidələri dağıdıb. Bütün bu faktlar beynəlxalq məhkəmələrə təqdim edəcək. Təəssüflər olsun ki, bəzi qurumlar bu məsələ ilə bağlı Ermənistan tərəfinə təsir etməyib. Qarabağda olan məscidlər və digər abidələr ermənilər tərəfindən dağıdılıb. Biz öz torpaqlarımızı düşməndən azad edib Qarabağı yenidən dirçəldirik. Azərbaycana vurulmuş ziyanlara görə Ermənistan tərəfi beynəlxalq qurumlar qarşısında cavab verəcək”.
T.Zülfüqarov vurğulayıb ki, Ermənistan tərəfi sülh müqaviləsinin bağlanamsını istəmir: “Sülh müqaviləsinin bağlanması üçün hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımalıdır və Ermənistan bunu etmir. Bunun da səbəbi odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanısa, bir daha torpaq iddiası irəli sürə bilməyəcək. Ermənilər buna görə sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Onların gündəmində hələ də bizə qarşı ərazi iddiaları var. Yəni ermənilər öz çirkin siyasətlərindən əl çəkmək istəmirlər. Azərbaycan öz konstitusiyasına və beynəlxalq qanunlara uyğun siyasət aparır. Azərbaycan ərazi bütövlüyünə qarşı yaranan bütün təhlükələrin qarşısını almağa qadirdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar