Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan özünü “döydürməyə” çalışır

Tarix: 16-08-2021 17:24     Baxış: 4141 A- / A+
Ermənistan özünü “döydürməyə” çalışır

Aktiv əməliyyatlar bitsə də, regiona sülh gəlməyib. Daha doğrusu, bu sülhü ürkütmək, gəlməsini istəməyən çoxlu sayda qüvvələr var

Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.
Bu dəfə ölümü gələn keçi başını çobanın çomağına daha bərk sürtür. Qarabağdan abadlıq işlərinin aparılması barədə xəbərlərin fonunda, antiterror əməliyyatlarının keçiriləcəyinə dair fikirlər də artmaqdadır və bunu sadə xalq deyil, politoloqlar, müxtəlif səlahiyyətli şəxslər dilə gətirirlər. Uzun müddətdir ki, qəribə bir vəziyyət yaranıb. Bu situasiyanı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov daha yaxşı təsvir edib: “Ermənistan özünü elə göstərirlər ki, guya Rusiyanın qanadları altına sığınıbılar, Rusiya özünü elə göstərir ki, guya onlara inanıblar, biz özümüzü elə göstəririk ki, guya Rusiyadan incimişik. İstisna etmirəm ki, yaxın günlərdə yenidən Ermənistanı “döyməli” olacağıq”.

Onlar sanki döyülməyə həvəslidirlər, edilən bütün təxribatlar belə deməyə əsas verir. Qoşunları məhv olmuş məğlub bir dövlətin bu qədər canfəşanlığının arxasında sözsüz ki, məkrli plan dayanır. “Məni döyürlər, köməyə gəlin” çağırışı.

Rusiya Ermənistana qulaqburmasını Azərbaycan vasitəsilə vermək istəyindədir. İlanı Seyid Əhmədin əliylə tutur, özü zəhmət çəkmir. Birinə qaç, birinə qov deməklə həm gərginliyi isti saxlayır (ki bu ona lazımdır, Rusiyanın qalmasına hüquqi bəhanə verir), həm öz əsgərinə, maddi bazasına zərər vermədən Azərbaycan əsgərinin gücü hesabına Ermənistanı məcbur edir ki, başını onun qanadlarının altına soxsun.

Yeni təmizləmə əməliyyatı olarsa, Ermənistan birləşmələri bir neçə mövqedən geri çəkilsələr də, Rusiya qüvvələri öz yerlərində qalacaqlar və itirilənin yerini doldurmaq üçün yenə də öz işlərində olacaqlar. Rusiyanın yaxın zamanda Qarabağdan çıxmaq kimi bir niyyəti yoxdursa, durmadan işğal altında qalmış ərazilərimizdəki qanunsuz birləşmələri silahlandırır, tikir, qurursa, bu kiçik çaplı döyüşlər sadəcə Ermənistanı qorxutmağa hesablanmışa bənzəmirmi?

Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində Rusiya ilə bağlı diplomatik dillə nə demək mümkün idisə dedi. Yəqin ki, bu sözlərin məhz indi bu qədər açıq şəkildə deyilməsi də təsadüf deyildi. Xankəndi və ətrafında yaşayanların inteqrasiyasından, regional əməkdaşlıqdan danışdı. Prezident hazırda Qarabağda yaşayan 25 min Azərbaycan vətəndaşının ölkəyə inteqrasiya olunmasının vacibliyii qeyd etdi. Yeri gəlmişkən, dəfələrlə dediyimiz kimi, bu məqamda yenə milli kimliyimiz məsələsi ortaya çıxır. Azərbaycanda yaşayan hər bir vətəndaş etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycanlıdır. Biz xalq olaraq adımız Azərbaycan türküdür. Qarabağda yaşayanlar da Azərbaycan sakinləridir. Onları elə bu şəkildə adlandırmalı, bu sözü mediada tez- tez hallandırmalıyıq. Onsuz da İrəvan sakinləri Qarabağdan gedənləri qəbul etmək istəmir, sevmirlər. Aralarında gərginlik var. Qarabağda yaşayanlar da sahib axtarışındadırlar. Bu şəkildə adlandırıb, bu təbliğatı genişləndirməklə Qarabağda yaşayanların əlini onlardan tamamilə qoparmaq lazımdır. Və həm də ona görə ki, Putin Krım ssenarisi kartını ortaya qoyub, onları Rusiya pasportu ilə təmin edib torpağımızı da rəsmən anklav elan eləməsin. Rusiya tərəfindən bu addım məncə gözləniləndir. Qaydasız döyüşür. Elə çox yox, 3 gün bundan öncə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qanunsuz birləşmələri Qarabağın silahlı qüvvələri adlandırıblar. Hansı Qarabağın?

Tofiq Zülfüqarov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, ötən il Azərbaycanın xarici diplomatiyası bir çox nailiyyətlərə imza atdı, Rusiyanın siyasi elitası, o cümlədən Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dilə gətirdilər, bunun heç kimdə şübhə doğurmadığını bildirdilər.

“O ki qaldı sülhməramlılara. BMT praktikasına əsasən, bu kimi əməliyyatlar ev sahibliyi edən dövlətin suveren hüquqlarının pozulması və məhdudlaşdırılması anlamını daşımır. Buna görə Azərbaycan öz suveren hüquqlarından istifadə edərək sülhməramlıların fəaliyyətinin də məhz bu yöndə olması istiqamətində iş aparır və aparmalıdır. Bu qüvvəllər Azərbaycan tərəfindən ona görə çağırılıb və qəbul edilib ki, təhlükəsizliyi təmin etsinlər. Hazırda sülhməramlıların nəzarətində olan rayonlarımızın Azərbaycan dövlətinə inteqrasiyası bizim suveren haqqımızdır və biz suveren haqlarımız çərçivəsində lazımi işləri görəcəyik”,- deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar