Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda gizli səfərbərlik keçirilir...

Tarix: 16-08-2021 16:32     Baxış: 4173 A- / A+
Ermənistanda gizli səfərbərlik keçirilir...

Daha əvvəl bildirildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün üç aylıq təlim-məşq toplanışı elan etməyi təklif edib. Azadlıq Radiosunun erməni xidmətindən verilən məlumata görə, hərbi komissarlıqlar avqustun 25-dən başlayaraq bildirişləri göndərməyə davam edir. Diqqətçəkən məqam odur ki, hökumət bununla bağlı heç bir qərar verməyib.

Hüquq müdafiəçisi Armine Sadikyan, ehtiyatda olan zabitlərin hazırlanması ilə bağlı iki qərar layihəsinin hazırlandığını söyləyib. Onun sözlərinə görə, birincisinin müzakirəsi bu gün, digərinin isə avqustun 26-da başa çatmalıdır. Sadikyan qeyd edib ki, belə qərarlar adətən hökumət iclasında, ictimai müzakirələrdən sonra verilir.

"Bəlkə də qərar artıq verilib. Amma, məntiqi olaraq bu ola bilməzdi, çünki layihə hələ də müzakirə mərhələsindədir. Buna görə də Müdafiə Nazirliyi təlim-məşq toplantısının keçirilməsi ilə bağlı bildiriş göndərə bilməz. Yəni ilk addım hökumətin qərar qəbul etməsi, ikinci addım isə vətəndaşların xəbərdar olmasıdır", - o vurğulayıb.

Hüquq müdafiəçisi əlavə edib ki, hökumət tərəfindən qərar verilməsə, ehtiyatda olanların çağırışı qanunsuzdur.

“Qərarı görmədiyimi qiymətləndirə bilmərəm, buna görə heç bir qərar yoxdursa, əlbəttə ki, qanunsuz hesab edilə bilər", - Sadikyan deyib və əlavə edib ki, belə qərarlar gizli şəkildə qəbul edilə bilməz.!/virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar