Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxa bilər” - Açıqlama

Tarix: 16-08-2021 15:49     Baxış: 4201 A- / A+
Rusiya sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxa bilər” - Açıqlama

"Bu mesajdan sonra Kreml siyasətini dəyişməsə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması vaxtından əvvəl başa çata bilər”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk” kanalına verdiyi müsahibəsində Rusiyaya yönəlik sərt çıxışına münasibət bildirərkən QAFSAM sədri Araz Aslanlı deyib:

"Laçın koridorundakı Rusiya sülhməramlıları mandatlarına uyğun davranmalıdır. Bunu etməsələr, onların buradakı fəaliyyəti başa çata və ya Azərbaycanın əlavə nəzarət mexanizmləri dövriyəyə girə bilər. Habelə qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan sərhədindən kənara çıxarılmalıdır. Bu şərtin realaşması bir qədər çətin görünür. Çünki Rusiyada həmin qanunsuz silahlı erməni dəstəsinin orada qalmasında maraqlı olan qruplar var”.

Politoloq qeyd edib ki, ya Azərbaycan Rusiya ilə birlikdə regionda nəyisə dəyişəcək, ya da Bakı bunu təkbaşına edəcək:

"Rusiyanın siyasəti dəyişsə, Bakı ilə Moskva birlikdə regionda nələrisə dəyişməyə nail olacaq. Ya da Rusiya ancaq kosmetik dəyişikliyə gedəcək. Belə olanda isə Azərbaycan 44 günlük müharibədə olduğu kimi, Rusiyanın etirazlarına rəğmən nəyisə dəyişdirəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar