Xəbər lenti
Müdafiə nazirinin Türkiyə səfəri: Bakı antiterror əməliyyatına hazırlaşır?

Müdafiə naziri Zakir Həsənov “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə getdi. Məqsəd sərgidə iştirak olsa da, son hadisələr fonunda nazir türkiyəli həmkarı Hulusi Akarla iki vacib məsələni müzakirə edə bilər.
Əfqanıstan: Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində iştirak edir; Talibanın gəlişindən sonrakı vəziyyət və birgə atılacaq addımlar müzakirə oluna bilər; sülhməramlı hərbçilərimizin sayının artırılması da mümkündür;
Qarabağ: Həsənovla Akarın əsas müzakirə mövzusu bu olacaq;
- Ankara rus sülhməramlılarının Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyətini Moskva qarşısında qaldıra bilər;
- Sülhməramlı kontingentində türk hərbçilərin təmsil olunması, yaxud Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gətirilə bilər;
- Əliyevin mesajını verdiyi antiterror (erməni terrorçuların postlarına qarşı kiçikçaplı əməliyyatlar və s.) əməliyyatının detalları və atılacaq addımlar müzakirə oluna bilər;
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































