Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Siyasi məhbus siyahısında kimlər var?

Tarix: 01-03-2017 16:55     Baxış: 3548 A- / A+
Siyasi məhbus siyahısında kimlər var?


Hüquq müdafiəçisi Oqtay Gülalıyev Novator.az-a siyasi məhbus sayılan şəxslərin siyahısından danışıb. Yanvar ayında yaradılmış Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru olan Oqtay Gülalıyev deyib ki, 160-dan çox siyasi məhbus sənəddə bir neçə bölümə ayrılıb: jurnalistlər və bloqçular; yazar və şairlər; hüquq müdafiəçiləri; gənc fəallar; siyasətçilər; dindar fəallar; keçmiş hakimiyyət nümayəndələri və s.

Siyahıda 7 jurnalist və bloqçunun adı var: Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu (İbişbəyli), Cavid Şirəliyev.

Yazar və şairlər bölümündə 2 nəfərin (Tofiq Həsənli, Saday Şəkərli), hüquq müdafiəçiləri siyahısında 1 nəfərin (Əliabbas Rüstəmov) adı yer alır.

Gənc fəallardan 5 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlkin Rüstəmzadə, Elvin Abdullayev, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəmanov.

Siyasətçi məhbuslar siyahısına 7 nəfərin adı daxil edilib: İlqar Məmmədov, Zeynalabdin Bağırzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli, Faiq Əmirli.

Dindar məhbuslardan 106 nəfərin həbsdə olduğu bildirilir. İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Taleh Bağırovun da adları həmin bölümdədir.

Keçmiş hakimiyyət nümayəndələrindən 3 nəfərin siyasi məhbus olduğu bildirilir: Əli İnsanov, Asif Lətifov, Rüfət Səfərov.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar