Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlılar Suqovuşan-Ağdərə-Vəng yoluna nəzarəti ermənilərə verib? - Hərbi ekspertdən açıqlama

Tarix: 14-08-2021 22:48     Baxış: 4161 A- / A+
Sülhməramlılar Suqovuşan-Ağdərə-Vəng yoluna nəzarəti ermənilərə verib? - Hərbi ekspertdən açıqlama

“Azərbaycanın Suqovuşan-Ağdərə-Vəng yolundan həftədə bir dəfə istifadə edən inşaat maşınları kolonunu əvvəllər ruslar yoxladığı halda, indi bu işi ermənilər görür”.

Manevr.az xəbər verir ki, bunu ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirib. O, əlavə edib ki, Azərbaycanda su ehtiyatları dövlət mülkiyyətində olduğu halda Sərsəng su anbarında erməni şirkətləri xüsusi mülkiyyət hüququ əsasında bizneslər qurur.

Qeyd edək ki, son günlər Azərbaycan Ordusunun Qarabağ və sərhədboyu mövqeləri erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulur. Müdafiə Nazirliyi bəyan edir ki, düşmən Rusiya sülhməramlılarının nəzarət zonasından atəş açır və bu hal, 10 noyabr üçtərəfli atəşkəs bəyanatının pozulmasıdır. Q.İbadoğlunun yuxarıda qeyd olunan sözügedən iddiası isə vəziyyətin təsvir olunduğundan daha gərgin olmasından xəbər verir.

Hərbi ekspert Ədalət Verdiyev "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, Qubad İbadoğlunun dedikləri sırdan bir iddia deyil, əgər belə fakt varsa, onun görüntülərini ortaya qoymaq lazımdır: "Azərbaycan Suqovuşan-Ağdərə-Vəng yolu, eyni zamanda Laçın dəhlizinə keçməklə, Qırmızı Bazar-Şuşa yolu ilə inşaat və tikinti materialları daşımaqla məşğuldur. Bu yolların hansısa bir şəkildə erməni silahlılarının nəzarətinə verilməsi inandırıcı deyil. Əgər belə bir hal baş verərəsə, aidiyyatı dövlət qurumları ona dərhal münasibət bildirəcəklər. Çünki heç bir halda Azərbaycan ona aid ərazilərdə maşın karvanlarının, yüklərin yoxlanılması və onların müşayiət edilməsinin məğlub Ermənistanın qeyri-qanuni silahlı dəstələri tərəfindən həyata keçirilməsi ilə barışa bilməz".azpolitika.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar