Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni müharibə İrəvan üçün fəlakət olacaq

Tarix: 14-08-2021 16:31     Baxış: 4161 A- / A+
Yeni müharibə İrəvan üçün fəlakət olacaq

10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanın böyük bir həzmsizlik içərisində olduğunu görürük. Azərbaycan 44 günlük Vətən müharibəsində 3000 nəfərə yaxın şəhid verərək, öz torpaqlarını işğaldan azad etdi. Ancaq Ermənistan beynəlxalq aləmdə sanki Azərbaycan onun torpaqlarını işğal edibmiş kimi təbliğat aparır.

Manevr.az xəbər verir ki, bunu sxar.az-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. Onun sözlərinə görə, vəziyyətin bu hala gəlməsində əsas günahkarlardan biri Minsk Qrupu həmsədrləridir:

“Təbii ki, burada Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və Amerikanın çox böyük xətası var. Çünki onlar son 30 ildə bu problemin həlli üçün heç bir şey etmədilər. Erməni diasporu xüsusilə bu dövlətlərdə haray-həşir qoparır. Ancaq Azərbaycan işğaldan azad edilmiş bölgələrdə, xüsusilə Şuşada bərpa işləri aparır, infrastrukturu yenidən qurur. Buradan kimin müharibə, kimin sülh istədiyi açıq şəkildə görünür”.

Millət vəkili dünyanın da Ermənistanın təxribatlarına göz yumduğunu, son 9 ayda görülən işlərin isə hər şeyi ortaya çıxardığını bildirib:

“Bütün bu proseslərdən Ermənistanın etibarlı və sözünə güvənilən bir dövlət olmadığı ortaya çıxır. Təxmin edirəm ki, Ermənistanın təxribatları yenə davam edəcək. Çünki Azərbaycan Müdafiə Nazirliyinin Laçın dəhlizindən Qarabağa yeni erməni silahlı dəstələrinin gətirilməsi və yeni postların qurulması haqqında rus sülhməramlılarına da bir xəbərdarlığı oldu. Demək ki, Ermənistan dövləti hələ ağıllanmayıb və öz xalqını düşünmür”.

Ayrım yeni bir müharibənin başlamasının Ermənistan üçün fəlakət olacağını xüsusi vurğulayıb:

“Görünən odur ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan da Tonoyan ilə eyni istiqamətdə və düşüncədədir. Ancaq əgər yeni bir müharibə baş versə, bunun axırı onlar üçün fəlakət olacaq. Azərbaycan isə Türkiyə ilə həmrəylik içərisində səbir və təmkinlə mövcud durumu beynəlxalq aləmə izah etməyə və bütün bölgə dövlətlərinin təmsil olunduğu altılı platformanı formalaşdırmağa çalışır. Ümid edirəm ki, Ermənistan yaxın zamanlarda bütün olanlardan nəhayət dərs çıxardar”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar