Xəbər lenti
Nikol nə üçün Əliyevlə görüşmək istəyir? - Moskvadan baxış

Ermənistan vəziyyətin daha da gərginləşməsindən ehtiyat edir. Bu o deməkdir ki, İrəvanda artıq regionda sabitliyin Ermənistanın konstruktiv addımlarından asılı olduğunu anlayırlar.
Manevr.az xəbər verir ki, bu barədə axar.az-a PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəyini şərh edərkən bildirib.
"Sülh prosesində Azərbaycan və Ermənistan liderlərinə xüsusi rol ayrılır və Paşınyan da bunu anlamağa başlayıb. Konstruktivliyə gəldikdə isə rəsmi Bakı 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarının sənədlərinə söykənir, həmçinin bu gün onun qarşısında duran strateji vəzifələrə arxalanır.
Rəsmi İrəvan isə erməni cəmiyyətinin istəkləri ilə hesablaşmalı olduğundan tam fərqli mövqe ortaya qoymağa çalışır. Bunun da səbəbi aydındır. Ermınistan cəmiyyəti hələ də 2020-ci ilin payız hadisələrinin şokundan uzaqlaşmayıb.
Amma Ermənistan cəmiyyəti onu da anlamalıdır ki, məhz Rusiyaya görə onlar daha böyük insan tələfatından və daha böyük milli rüsvayçılıqdan qurtula bildi. Lakin Ermənistan vətəndaşlarının əksəriyyəti başqa ümidlə yaşayır. Ona görə də indi ermənilər Azərbaycana əlavə torpaqların qaytarılması prossesinin zəruriliyini qəbul edə bilmirlər”, - deyə həmsöhbətimiz qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar