Xəbər lenti
“Vəziyyət dəyişsə, sabah deyəcəklər ki, Ermənistan nəsə edib”
"Birincisi, bu bəyanatın həqiqətə uyğun olub-olmaması sual altındadır”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyanın rəsmi bəyanatındakı “Dağlıq Qarabağın silahlı birləşmələri” ifadəsinin arxasında hansı mesajın olduğunu şərh edərkən deyib.
Politoloq hesab edir ki, Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzi var və onlar texniki vasitələrlə vəziyyəti daim müşahidə edirlər, izləyirlər: "Ümumiyyətlə, Rusiya Müdafiə nazirinin bu haqda məlumat yayması qəribə məsələdir. Çünki orada, monitorinq mərkəzinin nəzdində bəyanatları ictimailəşdirən xüsusi pressklub var. Bu, onların işi olmalıdır. Əsas məqam ondan ibarətdir ki, bu məsələ birbaşa Ermənistanın daxili vəziyyəti ilə bağlıdır.
Nəyə görə? Rusiyanın Cənubi Qafqazda siyasəti ondan ibarətdir ki, iki ölkəyə öz təsir imkanlarını saxlasın, üstəlik bu baxımdan Rusiyanın Ermənistanda nüfuzuna, əlaqələrin gələcəyinə böyük təhlükə var. Çünki Ermənistan Qərbyönlü siyasətə meyillidir. Qərblə rəqabət üçün Rusiya bu və ya digər məqamlarda, bu və digər şəkildə təbliğat məsələləri ortaya qoyur, guya göstərsin ki, o Ermənistanın tərəfindədir. Vəziyyət dəyişsə, sabah deyəcəklər ki, Ermənistan nəsə edib və s.
Rusiyanı bu mexanizmdən məhrum eləmək üçün məsələnin təsdiqini monitorinq mərkəzindən gözləməliyik, tələb etməliyik ki, bu bəyanat həqiqətə uyğundur, ya yox. Biz bilirik ki, monitorinq mərkəzində Rusiya ilə yanaşı Türkiyə zabitləri var. Onlarda texniki vasitələr var və bu vasitələr imkan verir ki, ortaya video yazılar qoysunlar”.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, bu bəyanatın arxasında Rusiya siyasəti durur: "Rusiya bir tərəfdən deyir ki, beynəlxalq dünya, beynəlxalq hüquq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Sülhməramlıları gəlir Qarabağa, dinc erməniləri qorumağa, oradan da bəyanat verir ki, Azərbaycan ordusu Dağlıq Qarabağın erməni qüvvələrinə zərbələr endirib. Bu, etiraf edir ki, Qarabağda qanunsuz hərbi qüvvələr var. Azərbaycanın qanuni torpağında Qarabağ seperatçılarının qoşunları var. Bunu etiraf edir. Azərbaycan da bundan istifadə edib dünyaya yaymalıdır ki, Rusiya qanunsuz silahlı seperatçıları himayə edir, vəssalam”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verənlərlə bağlı bəyanatında "avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”, - deyə bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar