Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər sərhədində Rusiya hərbi patrulu görünüb

Tarix: 12-08-2021 20:16     Baxış: 4130 A- / A+
Kəlbəcər sərhədində Rusiya hərbi patrulu görünüb

Ermənistanın Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Vardenis rayonunda Rusiya sərhəd qoşunlarının patrulu görünüb.

Manevr.az xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb. Fotoya əsasən Rusiya ordusunun biri yüngül zirehli olmaqla iki hərbi texnikası sərhədə yaxın ərazilərdə hərəkət edir.

Xatırladaq ki, son aylar Ermənistan ordusu o cümlədən Kəlbəcər istiqamətində tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutur və təxribatlara əl atır.

Bundan əvvəl Rusiya sərhəd qoşunlarının bir bölməsinin Tavuş vilayətinin Azərbaycanın Qazax rayonu istiqamətindəki Əskipara (Voskepar) kəndində yerləşdirildiyi açıqlanmışdı. Erməni tərəfinin yaydığı məlumatlara görə Tavuş vilayətinin Azatamut və bir neçə digər kəndində də Rusiya sərhədçilərinin yerləşdirilməsinə hazırlıq gedir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının postlarının yerləşdirilməsini təklif etmişdi və bununla bağlı danışıqlar aparılacağını demişdi. Rəsmi Moskva Paşinyanın bu təklifinə açıq dəstək ifadə etməyib və tərəfləri sərhədlərin demarkasiyasına, delimitasiyasına dair danışıqlara başlamağa çağırıb. Eyni zamanda Paşinyanın təklifinin ardınca Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Rusiya sərhədçilərinin görünməsi halları intensivləşib.

İndiki halda söhbət Paşinyanın təklifinin birbaşa həyata keçirilməsindən gedə bilməz. Çünki Ermənistan baş nazirinin ideyasına görə, Rusiya sərhədçiləri iki ölkə sərhəd xətti boyu düzülməlidir. Lakin bu, Azərbaycan tərəfinin razılığı olmadan baş verə bilməz və əksər rusiyalı ekspertlər də sərhəddə Rusiya hərbçilərinin yerləşdirilməsi məsələsinin təkcə Moskva və Yerevandan deyil, həm də Bakıdan asılı olduğunu bildiriblər.

Bu baxımdan Rusiya sərhədçiləri bilavasitə sərhəd xəttində deyil, Ermənistan ərazilərinin içərilərində, sərhədə yaxın ərazilərdə mövqe tuturlar. Hansı ki, bunu Ermənistanla Rusiya arasında ikitərəfli hərbi-təhlükəsizlik anlaşmaları çərçivəsində əsaslandırmaq olar. Və Azərbaycan ordusu dövlət sərhədi boyu öz mövqelərində qalmaqdadır./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar