Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Yenidən müharibə aparmaq Ermənistanın həddi deyil” – Hərbi ekspert

Tarix: 10-08-2021 16:47     Baxış: 4164 A- / A+
“Yenidən müharibə aparmaq Ermənistanın həddi deyil” – Hərbi ekspert

Ötən gün Yerevanda Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla KTMT-nin baş katibi Stanislav Zasın görüşü baş tutub. Bu zaman yeni nazir sərhəd probleminin güc yolu ilə həllindən söz açıb.

O bildirib ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, “Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”.

Müharibədən sonra Azərbaycan dəfələrlə sülh sazişi təklifi etsə də, indiyədək Ermənistandan təklifə müsbət reaksiya göstərilməyib. Bununla yanaşı, üçtərəfli bəyanata əsasən, həyata keçirilməli olan delimitasiya və demarkasiyaya da maneə yaradan tərəf Ermənistandır. Bunlara azmış kimi 9 ay əvvəl üçtərəfli bəyanatı imzalayan düşmən ölkə bu gün müharibə iddiası ilə də çıxış etməkdən çəkinmir.

Ermənistan rəsmilərinin son günlərdəki radikal çıxışları nəyə hesablanıb?

Manevr.az-ın xəbərinə görə, yenisabah.az-a danışan ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi bu tip bəyanatlarla özünü beynəlxalq ictimaiyyətin gözündə daha da gülünc vəziyyətə salır:

“KTMT baş katibi ilə görüşündə Ermənistanın imkanlarını kifayət qədər yüksək dəyərləndirən Arşak Karapetyan 44 günlük müharibə zamanı 10 min kvadrat-kilometrlik ərazini qoyub qaçan erməni ordusunun rəhbər şəxslərindən biri idi. O, 2016-cı ilin aprel döyüşlərində də fəaliyyətinin qənaətbəxş olmamasına görə vəzifədən azad edilib. Sonradan isə müxtəlif vaxtlarda Paşinyanın müşaviri və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini olub. Belə bir vəzifəni icra edən Karapetyan niyə əlində olan imkanlardan müharibə zamanı istifadə etməyib, kapitulyasiya aktını imzaladıqdan sonra bu cür fikir səsləndirib?!”

Hərbi ekspert KTMT-nin indiyədək münaqişələrdə iştirak etməməsindən də söz açıb:

“Hərbi blok hesab olunsa da, onun heç bir döyüş təcrübəsi yoxdur, indiyədək heç bir münaqişəyə müdaxilə etməyib. Ermənistan bu quruma dönə-dönə müraciət edib və bu müraciətlərin heç biri hətta müzakirəyə belə çıxarılmayıb. Düzü, düşünmürəm ki, Ermənistan yenidən hərbi münaqişəyə başlamaq niyyətindədir. Çünki bunun üçün onların yetərli imkan və potensialları yoxdur. Amma kiçik toqquşmalar, atəşkəsin pozulması halları mümkündür və bu toqquşmaların da qarşısı qətiyyətlə alınır. Mətbuatda verilən məlumatlar yalnız rəsmi bir qurumun ictimaiyyətə açıqlayacağı tərzdə ifadə olunur, lakin bunların altında kifayət qədər ciddi fəaliyyətlər dayanır, bunu isə rəsmi qurumun açıqlaması doğru olmaz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar