Xəbər lenti
Paşinyanın avantürası: "Bu, bizə güc yolu ilə mübarizə hüququ verir" - ŞƏRH
Sabiq nazir: “Paşinyanın avantürist siyasəti Ermənistana ancaq yeni məğlubiyyət vəd edir”.
Ermənistanda keçirilən növbədənkənar seçkilərdən sonra Paşinyan hakimiyyəti Azərbaycanla 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəlarını icra edib, dayanaqlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində fəaliyyət göstərmək əvəzinə, bölgədə gərginliyin artırılaması, əldə olunan kövrək sülhü pozmağa yönəlik siyasət yürütməkdədir.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov “ölkə.az”a açıqlamasında deyib ki, Paşinyan semkidən sonra münaqişəni davam etdirmək strategiyasını seçdiyindən, bu avantüra nəticədə Ermənistanı növbəti bir məğlubiyyətə yuvarlayacaq.
Onun sözlərinə görə, Paşinyan seçkidən sonra münaqişəni davam etdirmək strategiyasını seçib: “Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərək sülh müqaviləsi imzalamaq istəmir. Əksinə, Paşinyan Qarabağda ermənilərin məskunlaşdığı ərazilərin ölkəmizdən qoparılması layihəsinin həyata keçirilməsinə davam etmək niyyətindədir”.
O əlavə edib ki, bununla da Paşinyan 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərdən imtina edir: “Belə ki, imzalanan bəyanatın tələbinə görə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən müəyyən edərək, tamamilə çıxarılması, Naxçıvanın Kərki və qazax rayonunun 7 kəndinmizin azad edilməsi və Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin yerinə yetirməkdən imtina edir”.
Sabiq nazir deyib ki, bu siyasətin nə qədər riskli olduğunu dərk edərək, Azərbaycanın ehtimal olunan cavab tədbirlərinə qarşı "canlı qalxanı" kimi istifadə etmək niyyətində olduğu hər hansı bir beynəlxalq təşkilatın sərhəd boyunca yerləşdirərək özünü qorumaq istəyir: “Bu avantürist siyasətin nəticəsi yalnız Ermənistan üçün yeni məğlubiyyət ola bilər!
Üstəlik, bütün bunlar Rusiya Federasiyası, eləcə də ABŞ və Fransanın 10 noyabr Bəyannaməsinin müddəalarını yerinə yetirmək üçün birmənalı şəkildə alternativi olmadığını açıq şəkildə bəyan etdiyi şəraitdə baş verir.
O baxımdan Paşinyanın bu siyasəti Azərbaycana beynəlxalq hüquq çərçivəsində güc yolu ilə mübarizə aparmaq hüququnu verir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar