Xəbər lenti
Sahibə Qafarovanın Tehranda geyindiyi qara rəngli paltar simvolik məna daşıyır" - İrana verilən ciddi ismarıc
"Sahibə Qafarovanın Tehranda görüşlərdə toxunduğu məqamlar Azərbaycanın İrana verdiyi ciddi ismarıclardır".
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O qeyd edib ki, spikerin Tehranda geyindiyi qara rəngli paltar həm də simvolik məna daşıyır:
"Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoya bilərlər. Hazırda Azərbaycan və İran arasında gülünc rəqəmli ticarət dövriyyəsi, İrandan Laçın vasitəsilə Xankəndinə gedən müxtəlif təyinatlı yüklər, səfirin erməni generallarla bizim tərəfə durbinlə baxması, iranlı rəsmilərin sərhədlərin dəyişilməsinin yolverilməzliyi ilə bağlı müntəzəm bəyanatları, sözsüz ki, vəziyyətin heç də kafi olmaması kimi dəyərləndirilməlidir.
İrandakı görüşlər zamanı Sahibə Qafarova islam respublikasına beyin hücumu edərək çox həssas məqama toxundu. O, İran parlamentini Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməyə çağırdı".
Politoloq həmçinin xatırladıb ki, Milli Məclisin spikeri Azərbaycan dövlətinin mövqeyini bir daha İranın diqqətinə çatdırıb:
"Yəni münaqişə arxada qaldı, postmünaqişə dövrünə start verilib və 30 il ərzində bölgə xarabalığa çevrilib. Eyni zamanda Xocalı soyqırımı törədilib. Bütün bunlara dünya adekvat qiymət verməlidir.
Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar