Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Ermənistana və Rusiyaya SƏRT XƏBƏRDARLIQ

Tarix: 06-08-2021 22:18     Baxış: 4277 A- / A+
Türkiyədən Ermənistana və Rusiyaya SƏRT XƏBƏRDARLIQ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə lideri Ərdoğanın telefon danışığında sərhəddə baş verən proseslər də müzakirə olundu.

Manevr.az xəbər verir ki, bu barədə konkret.az-a fikir bildirən araşdırmaçı jurnalist Asif Nərimanlı bəzi məqamlara diqqət çəkib.

O Türkiyə Milli Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında Ermənistana öhdəliklərini yerinə yetirməklə bağlı xəbərdarlıq edildiyini vurğulayıb:

“Yanğınlara görə diqqəti daxili məsələyə yönələn Türkiyə bununla tərəflərə – Ermənistana, dolayısı ilə həm də Rusiyaya mövqeyini xatırladır, Azərbaycanın yanında olduğu mesajını verir. Bunun fonunda müdafiə naziri Zakir Həsənovun Kəlbəcər sərhədinə getməsi diqqət çəkir. Nazirin Kəlbəcərə səfərindən iki nəticə çıxmaq olar: Birincisi, Ermənistanın istəyinin əksinə olaraq, Azərbaycan ordusu mövqelərindən geri çəkilməyəcək mesajı verilir. İkincisi isə Ermənistanın sərhədlərin bərpası prosesinə törədəcəyi maneələrə qarşı hərbi variantın aktuallığı diqqətə çatdırılır. İstisna deyil ki, Əliyev sərhəd istiqamətində atılacaq addımları da Ərdoğanla müzakirə edib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar