Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məsələ erməni təxribatlarına görə ləngiyir - Şərh

Tarix: 06-08-2021 18:33     Baxış: 4154 A- / A+
Bu məsələ erməni təxribatlarına görə ləngiyir - Şərh

Ermənistan erməni lobbisinin köməyi ilə dünya ictimaiyyətinə saxta məlumatlar çatdırır. Özlərinin törətdiyi təxribatları Azərbaycanın üzərinə atmağa çalışırlar.

Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq vurğulayıb ki, Avropa dövlətləri saxta xəbərlər yayan erməni mənbələrindən məlumatlanır: "Həmin o mənbələrdən bizə qarşı saxta xəbərlər yayımlanır. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, ermənilər işğal dövründə sərhədlərini irəli çəkiblər. Bəzi yerlərdə 10 kilometrə qədər sərhədləri irəli çəkiblər və hələ də o ərazilərdə yerləşiblər. Azərbaycan işğal olunmuş torpaqlarını azad edib və Ermənistana sülh danışıqlarına başlamağı təklif edib. Ermənistan isə müxtəlif bəhanələrlə bu danışıqları yubatmaq istəyir. Sərhəddə atəşkəsi pozaraq bölgədə sülhün bərqərar olmasını istəmir. Onların tək istəyi sərhəddə yeni münaqişənin yaranmasıdır".

Q.Hüseynli qeyd edib ki, Ermənistan sərhəddə rus qoşunlarının yerləşdirilməsini istəyir: "Fransa dövləti müharibə dövründə olduğu kimi müharibədən sonra da Ermənistana dəstək verməyə davam edir. Ümumiyyətlə, sərhəddə demarkasiya və delimitasiya işləri Ermənistanın təxribatlarına görə ləngiyir. Xaricdən olan qüvvələr Ermənistanı təhrik edir və onlar sərhəddə tez-tez bu cür təxribatlar törədirlər. Onlar bu cür qarşıdurmalar yaratmaq istəyirlər, ancaq Azərbaycan Silahlı Qüvvələri hər bir təxribatın qarşısını alır. Ermənilər təhrikedici hərəkətlərindən uzaqlaşmaq istəmirlər. Ermənistan hakimiyyəti bölgədə sülhün bərqərar olmasını istəmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar