Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hara baxırsan, ay səfir? - ŞƏRH

Tarix: 05-08-2021 17:42     Baxış: 4181 A- / A+
Hara baxırsan, ay səfir? - ŞƏRH

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə həmin ölkənin Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd olan Qeqarkunik bölgəsinə səfər edib. İndiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdiyi Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Maraqlıdır, torpaqlarımızın bir hissəsinin erməni işğalında olduğu 28 il ərzində nə üçün İran belə addımı müsəlman Azərbaycanla bağlı atmadı? Məsələn, vaxtıyla işğalda olan ərazilərə baxmaq üçün İran səfirləri Horadizə, Ağdama getmək təşəbbüsü irəli sürmədilər? Bunu nümayiş etdirmədilər?

Hara baxdığı bəllidi, ağayi Zohurinin. Amma kimə baxır, niyə baxır? Nə məqsədlə baxır? Nə demək istəyir bu baxışlarla?

Zohurinin sərhədə gəlməsi, ölmüş erməni əsgərlərə görə başsağlığı verməsi, “Ermənistanın sərhəd bütövlüyünə” can yandırması, axı bütün bunların fərqində olmalıydı o.
Bəli, bu səfər haqlı olaraq Azərbaycan ictimaiyyətində suallar doğurur. Çünki bundan əvvəl Ermənistan-Azərbaycan sərhədinə yalnız ABŞ və Fransa səfirləri gəlmişdilər. Axı İran daim Azərbaycanı “qardaş” adlandırır. Belə qardaşlıqmı olur? Yuxarıda qeyd etdik; bu illər ərzində İran Qarabağdakı müsəlman ziyarətgahlarının dağıdılması, azərbaycanlıların məzarlarının təhqir edilməsi və məscidlərin heyvanlar üçün tövləyə çevrilməsindən narahatlıq keçirmədi. Bircə irad bildirmədi rəsmi İrəvana. Əksinə, başımızın üzərindən gedib Şuşada məscid təmiri ilə məşğul oldu. Rəsmi Bakının etdiyi xəbərdarlıqlara baxmayaraq, separatçı rejimə yanacaq daşıdı, ərzaq daşıdı. İkinci Qarabağ müharibəsində Mehri dəhlizində iri həcmli yük maşınlarıyla nələr daşıdı Ermənistana. Birdimi, ikidimi. İndi isə durbinlə baxır.

Mən bilmirəm, durbinlə Kəlbəcərə baxandan sonra Zohuri onu müşayiət edən Ermənistan rəsmilərinə hansı təəssüratlarını bölüşüb. Amma təəssüfünü bildirib mütləq: Siz bu torpaqlara elə mənim kimi durbinlə baxacaqsınız həmişə!lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar