Xəbər lenti
Rusiyanın Azərbaycana təsirini azaltmağın əsas yolu... - Politoloq

"Rusiyanın təsirini azaltmağın əsas yolu Türkiyənin bölgədə iştirak səviyyəsini yüksəltmək və lazım gələrsə, Pakistanın burada geniş iştirakına şərait yaratmaqdan keçir”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Azərbaycana rəsmi və qeyri-rəsmi şəkildə artan mümkün təsirlərini neytrallaşdırmaq üçün Azərbaycanın hansı zəruri addımlar atması vacibliyindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, ilk növbədə bu mövzu ətrafında Rusiyanın özü ilə danışıqlar aparılmalıdır:
"Onların qəti rəyini öyrənməliyik ki, Azərbaycanla strateji tərəfdaşlıq qurmaq istəyirlər, ya yox. Amma Rusiyanın təzyiq və təsirlərini neytrallaşdırmaq üçün ən başlıcası bölgədə Türkiyənin iştirakının genişlənməsinə şərait yaratmalıyıq. Söhbət hərbi bazaların yaradılmasından, Türkiyə təsirinin Cənubi Qafqazda artırılmasından, Ankara, Bakı və Tiflis arasında yüksək səviyyəli əlaqələrin qurulmasından gedir. Bir sözlə, bölgədə antirusiya xarakterli birləşmələrin gücləndirilməsinə çalışmalıyıq”.
Bu addımlar təsir etmədiyi və Rusiya vəziyyəti gərginləşdirən addımlar atmaqda davam etdiyi təqdirdə isə, politoloq BMT başda olmaqla beynəlxalq təşkilatlara müraciət etməyi tövsiyə edir:
"Azərbaycan indi ehtiyatlı hərəkət etməyə çalışır. Amma görünən odur ki, ehtiyatlı hərəkət etdiyimizcə, Rusiya öz təzyiqini daha da artırır. Vladimir Jirinovski kimiləri daha da azğınlaşırlar. Rusiyanın təzyiqini azaltmağın əsas yolu isə Türkiyənin bölgədə iştirak səviyyəsini yüksəltməkdir. Hətta lazım gələrsə, Pakistanın bölgədə geniş iştirakına şərait yaratmalıyıq. Eyni zamanda, ölkə daxilindəki "5-ci kolon”un təzyiqlərini də tam olaraq neytrallaşdırmalıyıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar