Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan təxribatlar törətməklə destruktiv siyasətini davam etdirir" - Rusiyalı ekspert

Tarix: 02-08-2021 15:32     Baxış: 3215 A- / A+
"Ermənistan təxribatlar törətməklə destruktiv siyasətini davam etdirir" - Rusiyalı ekspert

“Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir”.

Manevr.az xəbər verir k, bunu “report”a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginliyi şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Ekspertin fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması, habelə Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsini həll etmək istəmir: “Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə hazır olduğunu bildirən Fransanı cəlb etməyə çalışırlar”.

Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə etdikləri razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir.

Ekspert hesab edir ki, Ermənistan onillərlə yeritdiyi destruktiv siyasəti davam etdirir. Ordusu darmadağın olduqdan və məğlub edildikdən sonra da Ermənistan reallıqları qəbul etmək istəmir: “Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar