Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Jirinovskiyə məsləhət görərdim ki, Rusiyanın daxili problemləri ilə məşğul olsun"

Tarix: 01-08-2021 17:46     Baxış: 3298 A- / A+
Müşfiq Məmmədli: "Jirinovskiyə məsləhət görərdim ki, Rusiyanın daxili problemləri ilə məşğul olsun"

"Jirinovski, bir siyasətçinin dediyi kimi, "beynində tarakan dolaşan" şəxsdir. Hər dəfə o həşəratlar tərpənməyə başlayanda sərsəm bəyanatlar verir".

Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Məmmədli rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin son çıxışına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, onun verdiyi son açıqlamaya mütləq şəkildə reaksiya verilməlidir. "Bildiyimiz kimi, Jirinovski "Velikorus şovnizmi"nin təbliğatçısı, bu ideologiyanı sərsəm fikirlərlə yayan şəxsdir. Hansı ideologiyanın daşıyıcısı olursa olsun, ona heç kim ixtiyar verməyib ki, müstəqil ölkənin rəhbəri haqqında sərsəm fikirlər səsləndirsin. Ona məsləhət görərdim ki, Rusiyanın daxilində olan problemlərlə məşğul olsun. Qonşu dövlətlərə, zəngin dövlətçilik ənənəsi olmuş xalqlara yuxarıdan aşağı baxmaq kimi düşüncələrindən azad olsun",- deyə millət vəkili vurğulayıb.
M.Məmmədli qeyd edib ki, Jirinovski deyəsən tarixdən, Azərbaycanın hansı tarixi, siyasi sınaqlardan keçdiyindən, dünyaya hansı töhfələr verdiyindən, ölkəmizin yetişdirdiyi dahi şəxsiyyətlərdən bixəbərdir.
"Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin sayəsində böyük inkişaf yolu keçdi. Onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məhz bu yolu uğurla davam etdirərək düzgün strategiya və uğurlu taktiki addımlar nəticəsində ölkəmizin dünya dövlətləri sırasında mövqeyini yüksəltdi, yeni dövlət modelini dünyaya tanıtdı. Xalqımız öz doğru seçimini etmişdir. Onun Dəmir Yumruqlu lideri var. Xalqımız öz liderinin ətrafında vahid milli ideya uğrunda sıx birləşmişdir. Dövlətimiz əleyhinə fəaliyyət göstərən istənilən xarici və ya daxili qüvvəyə layiqli cavab vermək iqtidarındayıq. Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır",- deyə siyasətçi sözlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar