Xəbər lenti
İrəvanın sərhəd təxribatı: Türkiyə müdaxilə edə bilər - Ərol
Ermənistanın sərhəddə təxribatları və hücumları intensivləşdirməsinin məqsədi müharibə dövründə itirdiklərinin bir qismini diplomatiya masasında qazanmaqdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol deyib. Onun sözlərinə görə, bütün bunların nə Ermənistana, nə də arxasındakı qüvvələrə xeyri var:
“Ermənistanın son dövrdə Azərbaycan sərhədində törətdiyi təxribatlar və sərgilədiyi təcavüzkar mövqe 44 günlük müharibədən sonra bölgədə formalaşmağa başlayan reallığa qarşı yönəlib. Dolayısı ilə Ermənistan tərəfi müharibə dövründəki itkilərini yeni bir böhran yaratmaqla qazanmaq istəyir. Burada müharibə ilə heç bir mənfəətin qazanılması mümkün olmasa belə, Ermənistan 10 noyabr bəyanatından sonra yekun sülh sazişinin imzalanmasına gedən mərhələdə böhranlar yolu ilə diplomatiya masasında əlini gücləndirəcək bir siyasət izləməyə çalışır”.
Alim Ermənistanın təxribatlarından danışarkən Rusiyanın sərgilədiyi mövqeyə və Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə də toxunub:
“Bu məsələdə Rusiyanın sərgilədiyi mövqe olduqca önəmlidir. Rusiya həqiqətən sülhün qarantı olan ölkələrdən biri kimi üzərinə düşən vəzifələri yerinə yetirərsə, hər şeydən öncə öz təcavüzkar əməlləri ilə 10 noyabr bəyanatını pozan Ermənistana ciddi sanksiyalar tətbiq etməlidir. Ancaq indiki vəziyyətdə Ermənistanın bu təxribatlarına Rusiyanın göz yumduğu təəssüratı yaranır.
Ermənistan və arxasındakı güclər Şuşa Bəyannaməsini diqqətdən qaçıra bilməzlər. Çünki Şuşa Bəyannaməsində Azərbaycana edilən təcavüzün Türkiyəyə edilən təcavüz kimi qəbul edildiyi açıq şəkildə bəyan edilib. Ona görə mən Ermənistan ordusunun təxribatlarının həm Ermənistana, həm də arxasındakı güclərə heç bir fayda verməyəcəyini, bunun yerinə bölgədə tamam fərqli situasiyalara zəmin hazırlayacağını deyə bilərəm. 27 ildən sonra ortaya çıxan nəticəni və yeni geosiyasi inşa prosesinin hansı istiqamətdə ola biləcəyini Ermənistan və arxasındakı güclər daha aydın şəkildə anlamalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar