Xəbər lenti
5-ci Ordu Korpusunun komandiri kimdir? - DOSYE
Xəbər verdeiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Manevr.az xəbər verir ki, General Kənan Seyidov İkinci Qarabağ müharibəsi zamanı düşmənə qan udduran xüsusi təyinatlı qüvvələrin komandanlarından biri kimi şanlı döyüş yolu keçib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Kənan Seyidov İmişli rayonunun Bəhramtəpə qəsəbəsində anadan olub və 2003-cü ildə kapitan rütbəsində olarkən “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə polkovnik-leytenant rütbəsində olarkən düşmənə qarşı uğurlu xüsusi əməliyyatların həyata keçirilməsinə görə “Vətən uğrunda” medalı, 2016-cı ilin aprel döyüşlərindən sonra “İgidliyə görə” medalı ilə təltif edilib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar